BolgeXeber.Com » Xəbərlər » Azərbaycan Beynəlxalq Bankının sədri işdən çıxarıldı

Azərbaycan Beynəlxalq Bankının sədri işdən çıxarıldı

19-03-2015, 10:03
Oxunub: 5 128 Azərbaycan Beynəlxalq Bankının sədri işdən çıxarıldıMaliyyə Nazirliyi ABB-yə dəstək vəd etdi.

Martın 18-də Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının iclası keçirilib.

BOLGEXEBER.COM ABB-nin saytına istinadən xəbər verir ki, bankın Müşahidə Şurasının iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin edilib.

İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.

Azərbaycan dövlətini Bankda təmsil edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.
BOLGEXEBER.COM