BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda yeni dövlət qurumu yaradıldı

Azərbaycanda yeni dövlət qurumu yaradıldı

19-03-2015, 10:07
Oxunub: 4 535 Azərbaycanda yeni dövlət qurumu yaradıldıÖlkə prezidenti bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili yolu ilə Nəqliyyat Nazirliyinin tabeliyində, səhmləri dövlətə məxsus və Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Cəmiyyət Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Nazirlər Kabineti, Ədliyyə, Vergilər, Nəqliyyat nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsinə bununla bağlı müvafiq tapşırıqlar verilib.

Sərəncamda o da qeyd olunur ki, Bakı şəhərinin Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi məqsədi ilə ayrılmış 400 hektar torpaq sahəsinin bir ay müddətində Cəmiyyətin daimi istifadəsinə, habelə kompleksin tikintisinin hər mərhələsi başa çatdıqdan sonra həmin kompleksin hazır hissələri bir ay müddətində Cəmiyyətin balansına verilməlidir.

Prezidentin digər sərəncamı ilə Taleh Məhəmməd oğlu Ziyadov “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru təyin olunub.
BOLGEXEBER.COM