BolgeXeber.Com » Bölgə » Saatlıda etiraz aksiyası xofu

Saatlıda etiraz aksiyası xofu

9-10-2010, 03:55
Oxunub: 6 802

İcra başçısı qonşu rayonlardan polis qüvvəsi istəyib

Saatlıda seçki özbaşınalığı əhalinin hiddətinə səbəb olub. Artıq rayonun aparıcı bir-neçə şəxsinin namizədliyinin qeydə alınmaması daha ciddi addımların atılmasını şərtləndirməyə başlayıb. TİA.AZ-a Saatlıdan verilən məlumatlarda deyilir ki, bu gündən etibarın rayonun mərkəzində seçki özbaşınalıqlarına etiraz əlaməti olaraq etiraz aksiyalarının düzənlənməsi qərara alınıb.

Mənbənin bildirdiyinə görə, aksiyanın təşkilatçısı və təşəbbüsçüsü heç də yerli müxalifət deyil. Onların bildirdiyinə görə, bütün rayon əhli baş verənlərə etiraz edir və təşəbbüs də onlardan gəlib. «İnsanlar bu qədər saxtakarlıqdan bezib. Özlərinə istədikləri şəxsi deputat seçdirə bilmək üçün mübarizə apardıqları halda, onların səsinə əhəmiyyətin verilməməsindən hiddətlənən saatlılar məsələni bu cür qoymaq istəmir. Ona görə də, fasiləsiz aksiyalar keçirmək qərarına gəlib».

TİA.AZ-a başqa bir mənbədən daxil olan məlumatda isə deyilir ki, Saatlının icra başçısı Siracəddin Cabbarov hadisələrin gedişatı və bunun yaxşı nəticələr verməcəyi ilə əlaqədar Bakıya məlumat verib. Bundan başqa o, rayonda aksiyaların keçirilməsini önləmək üçün qonşu rayonlardan əlavə polis qüvvəsi istəyib.