BolgeXeber.Com » Müsahibə-Reportaj » Ramil Səfərovun tərcümə etdiyi kitab təqdim olundu

Ramil Səfərovun tərcümə etdiyi kitab təqdim olundu

27-12-2011, 10:30
Oxunub: 5 064 Ferens Molnarın “Pal küçəsinin oğlanları” kitabının təqdimat mərasimi keçirilib

Budapeşt şəhər məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Azərbaycan milli ordusunun zabiti, xalqımızın cəsur oğlu Ramil Səfərovun macar dilindən tərcümə etdiyi Ferens Molnarın “Pal küçəsinin oğlanları” kitabının təqdimat mərasimi keçirilib.

Bolgexeber.com-un verdiyi məlumata görə, povest ilk dəfə Azərbaycan dilində nəşr olunur. Kitabin redaktoru və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmlidir. “Məhbəsə sığmayan azadlıq eşqi” adlı müqəddiməsində Asif Rüstəmli Budapeştdə olarkən Ramil Səfərovla görüşündən, kitabın bədii məziyyətlərindən bəhs edib. Ön sözdə vurğulanır ki, “Pal küçəsi təkcə budapeştli məktəblilər üçün deyil, bütün dünya gəncləri üçün azadlıq uğrunda, işğalçılara qarşı mübarizədə vətənpərvərlik meydanı, həyat universitetidir”. Ramil Səfərov bu əsərdən əvvəl Macarıstanın tanınmış xanım yazıçısı Maqda Sabonun “Qapı” romanını müvəffəqiyyətlə orijinaldan Azərbaycan dilinə tərcümə etmiş və kitab 2011-ci ildə Bakıda çap olunaraq böyük uğur qazanmışdı. O bədii ədəbiyyat nümunələrini macar dilindən azərbaycancaya çevirən ilk tərcüməçidir.