BolgeXeber.Com » Xəbərlər » ATV-nin vitse-prezidentinin arvadı intihar etdi

ATV-nin vitse-prezidentinin arvadı intihar etdi

19-03-2015, 14:34
Oxunub: 4 688 ATV-nin vitse-prezidentinin arvadı intihar etdiBakıda intihar hadisəsi baş verib. Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Kərimova Mehparə Məmmədağa qızı yaşadığı evdə kəsici alətlə özünə xəsarət yetirib. Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. Qeyd edək ki, intihar edən qadın ATV-nin vitse-prezidenti, yazıçı Məqsəd Nurun həyat yoldaşıdır.