BolgeXeber.Com » BÖLGƏ TV » Daha bir əsgərimiz güllələnib

Daha bir əsgərimiz güllələnib

27-12-2011, 11:10
Oxunub: 5 643 Azərbaycan Daxili Qoşunların əsgəri güllələnib.

Hadisə Daxili Qoşunların “NZS” qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Yevlax Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan, əsgər, Kənan Novruz oğlu Namazov hərbi hissənin giziri Hikmət Əzizov tərəfindən güllələnib. Nəticədə əsgər aldığı xəsarətdən dünyasını dəyişib.

Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova açıqlamasında faktı təsdiqləyərək bildirib ki, hadisə silahla ehtiyatsız davranma nəticəsində baş verib.