BolgeXeber.Com » Bölgə » Füzuli RİH Başçısı Novruz bayramını əsgər və zabitlərlə keçirmişdir-FOTO

Füzuli RİH Başçısı Novruz bayramını əsgər və zabitlərlə keçirmişdir-FOTO

21-03-2015, 10:36
Oxunub: 3 915 Füzuli RİH Başçısı Novruz bayramını əsgər və zabitlərlə keçirmişdir-FOTOFüzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə Novruz bayramını səngərdə düşmənlə üz-üzə dayanmış, Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsində xidmət edən əsgər və zabitlərlə keçirmişdir

Rayon İcra Hakimiyyətinin başçısı hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön xəttdə olmuş, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə fərdi söhbətlər aparmış, onlara bayram sovqatı çatdırmışdır.
Şəxsi heyyətlə keçirilən görüşdə çıxış edən Alı Alıyev Novruz bayramı münasibətilə əsgərləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışdır. Alı Alıyev bildirmişdir ki, bu gün hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır: Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.
“Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi altında Azərbaycanda müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizama, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu formalaşmışdır”.
Alı Alıyev qeyd etmişdir ki, əsası Ulu öndər tərəfindən qoyulan qordu quruculuğu prosesi hazırda Prezident, Silahlı Qüvvələrin Alı Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Alı Alıyev əsgərlərə Vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmət, xoşbəxtlik arzulamışdır.
Çıxış edənlər belə görüşlərin əsgərlərə mənəvi dəstək olduğunu, ruh yüksəkliyi yaratdığını vurğulamışlar.
Bolgexeber.com
Füzuli RİH Başçısı Novruz bayramını əsgər və zabitlərlə keçirmişdir-FOTO
Füzuli RİH Başçısı Novruz bayramını əsgər və zabitlərlə keçirmişdir-FOTO
Füzuli RİH Başçısı Novruz bayramını əsgər və zabitlərlə keçirmişdir-FOTO
Füzuli RİH Başçısı Novruz bayramını əsgər və zabitlərlə keçirmişdir-FOTO
Füzuli RİH Başçısı Novruz bayramını əsgər və zabitlərlə keçirmişdir-FOTO