BolgeXeber.Com » Dünya » Bu gün bürcünüz nələr vəd edir?

Bu gün bürcünüz nələr vəd edir?

23-03-2015, 09:15
Oxunub: 3 248 QOÇ – Ümumi məziyyətlərinə görə düşərli bir gün hesab etmək olar. Mənzil alqı-satqısı və ya təmir işləri üçün uğurlu vaxtdır. Ulduzlar siyasi proseslərdən uzaq olmağınızı tövsiyə edir.

BUĞA – Hazırkı mövqelərinizdə azacıq redaktə etməyə ehtiyacınız var. Bu, gələcək işlərinizin sürətlənməsinə xidmət edə bilər. Pul sövdələşmələrində diqqətli olun.

ƏKİZLƏR – Darıxdırıcı məqamlarınız arxada qalmaqdadır. Elə addımlar atın ki, ətrafda rəğbət oyadasınız. Çox da uzaq olmayan ünvanlara səfərə çıxmaq daxili rahatlığınızı təmin edəcək.

XƏRÇƏNG – Sağlıq durumunuzu nəzarətdə saxlaya bilsəniz, yazın bu gözəl günündən zövq alacaqsınız. Ruhunuzu zənginləşdirmək üçün mənəvi meyarlara daha çox üstünlük verin. Maraqlı görüşlər də gözlənilir.

Bu gün bürcünüz nələr vəd edir?Maliyyə məsələlərində bir qədər sıxıntılı məqamlar gözlənilsə də, dözüm nümayiş etdirməlisiniz

ŞİR – Səhər saatlarında müəyyən gərginlik gözlənilsə də, təmkinli olmaqla gözlənilən xoşagəlməzlikləri aradan qaldıra bilərsiniz. Yaşca özünüzdən böyük olanlara sayqı ilə yanaşın.

QIZ – Bayram əhval-ruhiyyəniz bu gün də davam edəcək. Qarşıya qoyduğunuz məqsədlərə çatmaq üçün həmfikirlərinizin köməyini hiss edəcəksiniz. Qida rejiminizə isə daha diqqətlə yanaşın.

TƏRƏZİ – Qarşılıqlı münasibətlərdə və fəaliyyətlə bağlı götürdüyünüz öhdəliklərdə problemlər gözlənilir. İndiki amansız cəmiyyətdə nəyəsə asanlıqla yetişməyin mümkünlüyünə inanmayın.

ƏQRƏB – Maliyyə məsələlərində bir qədər sıxıntılı məqamlar gözlənilsə də, dözüm nümayiş etdirməlisiniz. Buraxdığınız səhvlərdən nəticə çıxarın. Nahardan sonranı sevgiyə həsr edin.

OXATAN – Ailə-sevgi münasibətlərində mövcud olan boşluqları aradan qaldırmağa çalışın. Hər hansı konflikt və ya umu-küsü yalnız zərərinizə ola bilər. Obyektiv fikirlərlə razılaşın.

OĞLAQ – Planetlərin yerdəyişməsi ənənəvi xəstəliklərinizi qabarda bilər. Buna baxmayaraq, əksər sahələrdə işgüzarlığınızın artacağı gözlənilir. Büdcənizdə artım da mümkündür.

SUTÖKƏN – Yazın gəlişinə hamıdan çox siz sevinirsiniz. Bunun başlıca səbəbi isə enerjinizin artmasıdır. Enerji də çox olanda bütün sahələrdə aktivliyiniz baş verir. Deməli, yaşamağa dəyər.

BALIQLAR – Bu gözəl təqvimdə yaddaqalan hadisələr yolunuzu gözləyir. Ünsiyyətdə olduğunuz şəxslərin çoxu sizə dəstək verəcək. Amma yersiz risklərdən də uzaq olmalısınız. Səfərə çıxmayın.