BolgeXeber.Com » Dünya » “Sinqapur xalqının atası” vəfat etdi

“Sinqapur xalqının atası” vəfat etdi

23-03-2015, 11:30
Oxunub: 3 090 “Sinqapur xalqının atası” vəfat etdiSinqapurda Leenin söz azadlığına qoyduğu məhdudiyyətlər bu gün də qüvvədə qalır

“Sinqapur xalqının atası” kimi tanınan Lee Kuan Yev 92 yaşında vəfat edib.

Sinqapur hökumətinin məlumatına görə, o, sətəlcəm daiqnozu ilə bir neçə gün əvvəl xəstəxanaya gətirilmişdi.

Lee Sinqapur 1959-cu ildə müstəqil olandan bəri 31 il müddətində onun hökumətinə rəhbərlik edib.

Onun apardığı iqtisadi islahatlar keçmiş Britaniya müstəmləkəsini firavanlığa çatdırsa da insan haqları təşkilatları Leeni demokratik azadlıqları məhdudlaşdırmaqda günahlandırırdı. Sinqapurda Leenin söz azadlığına qoyduğu məhdudiyyətlər bu gün də qüvvədə qalır.