BolgeXeber.Com » Dünya » Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlu Baykalda boğulub - FOTO

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlu Baykalda boğulub - FOTO

23-03-2015, 12:11
Oxunub: 3 214 Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlu Baykalda boğulub - FOTOUkraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlu Viktor Baykal gölündə batıb. Bu barədə Ukraynanın LB.ua saytı 4 mənbəyə istinadən məlumat yayıb

Onların sözlərinə görə, Viktor Baykal gölündə idman tədbirində iştirak edirmiş. İçərisində daha 5 nəfərin olduğu Volkswagen mikroavtobusu buzun altına düşüb. Nəticədə Ukraynanın sabiq prezidentinin oğlu həlak olub. O, batıb. Qalan şəxslər isə xilas edilib.

Yeri gəlmişkən hadisə Rusiya FHN-nin Mətbuat Ximdmətindən təsdiqlənib. Məlumatda bildirilir ki, həmin şəxslər Baykal gölü üzərində qadağan olunmuş yerdə şəkillər çəkdirmək istəyirmişlər. Nəticədə çat yaranıb və Avtobus buzun altına keçib. 5 nəfər xilas edilib. Sürücünün cəsədi çıxarılıb.

FaktXəbər-in verdiyi məlumata görə, bununla belə, məlumatda ölənin kimliyi barədə məlumat verilmir.

Ukraynalı deputat Anton Qeraşenko, müxalif blokdan Nestor Şufriç, Viktor Yanukoviçin oğlunun həlak olduğu faktını təsdiqlyib və öz Facebook səhifələrində mərhumun ailəsinə başsağlığı veriblər.
Bolgexeber.com