BolgeXeber.Com » İqtisadiyyat » Dollar sabah kəskin düşə bilər - PROQNOZ

Dollar sabah kəskin düşə bilər - PROQNOZ

23-03-2015, 20:11
Oxunub: 6 798 Dollar sabah kəskin düşə bilər - PROQNOZProqnozlar özünü doğrultmazsa dolların kəskin düşüşə keçəcəyi gözlənilir

ABŞ Federal Rezerv Sisteminin (FRS) keçirdiyi Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasından maliyyə bazarlarına önəmli açıqlamalar gəlib. BOLGEXEBER.COM xəbər verir ki, FRS rəhbəri Janet Yellen ABŞ-da uçot dərəcələrinin yüksəlməsi üçün işsizlik rəqəmlərinin müsbət olmasının kifayət etməyəcəyini söyləyib. Dərəcələrin artırılmasının inflyasiyanın və əmək haqqlarının artması faktorlarına bağlı olduğu bildirildi.
Qeyd edək ki, martın 24-də ABŞ-da fevral ayı üçün istehlak qiymətləri və real əmək haqqlarında dəyişiklik göstəriciləri açıqlanacaq. Yanvar ayında 0,7% azalan istehlak qiymətlərinin fevralda 0,2% artması proqnozlaşdırılır. Göstərici proqnozlara uyğun və ya daha yüksək olarsa dollar uçot dərəcələrinin daha erkən tarixdə artırılacağı gözləntisi ilə kəskin güclənə bilər. Proqnozlar özünü doğrultmazsa dolların kəskin düşüşə keçəcəyi gözlənilir.