BolgeXeber.Com » Bölgə » 42 saylı dairənin deputatı hazırdır?

42 saylı dairənin deputatı hazırdır?

9-10-2010, 05:35
Oxunub: 6 021

YAP bu dairədən Musa Qasımlını dəstəkləyir

Sumqayıtdakı 42 saylı seçki dairəsinin YAP-dan olan namizədi Rafiq Dəmirov öz namizədliyini geri götürəndən sonra bu dairədən YAP yeni namizəd irəli sürməyib. Lakin əvəzində qəfildən, heç kimin gözləmədiyi halda BDU-nun professoru Musa Qasımlı həmin dairədən öz namizədliyini irəli sürüb. “Bolgexeber”-ə daxil olan məlumata görə, YAP bu dairədən Musa Qasımlını dəstəkləyir. Necə olursa olsun, mütləq Musa Qasımlı bu il 42 saylı dairədən millət vəkili mandatı almalıdır.

Qeyd edək ki, həmin dairədən millət vəkili seçilməyə şanslı namizəd olan Mirmahmud Fəttayev və Musa Qasımlı həm də həmyerlidir. Onların hər ikisi əslən Yardımlı rayonundandır. M. Qasımlı 16 Oktyabr hadisələrindən sonra Müsavat Partiyasının Divan üzvlüyündən istefa verərək partiyadan çıxıb və hazırda seçkiyə bitərəf kimi qatılıb.