BolgeXeber.Com » Gündəm » Gəncə Dövlət Universitetində məcburi və maraqlı kadr islahatları

Gəncə Dövlət Universitetində məcburi və maraqlı kadr islahatları

25-03-2015, 11:14
Oxunub: 3 876 Gəncə Dövlət Universitetində məcburi və maraqlı kadr islahatlarıYusif Yusibovun yeni təyin edəcəyi bu kadrlar sabiq rektor Yadigar Əliyevi sabiq rektorun dönəmində mətbuatda kəskin müdafiə edən şəxslərdir

Bolgexeber.com-un redaksiyasına Gəncə Dövlət Universitetində baş verən olaylarla bağlı ilginc məlumatlar daxil olmuşdur.Elektron poçtuna daxil olan məktubu oxucuların nəzərinə çatdırırıq:

"Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov öz yaxın ətrafı ilə söhbət zamanı universitetdə bir neçə kadr dəyişikliyi edəcəyini bildirmişdir.Rektorun bu qərarı verməsınə səbəb onun qeyd etdiyinə görə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin təzyiqidir.Elmar Vəliyev rektordan bir neçə dekanı cavan kadrlarla əvəzləməyi tələb edib.Bu dekanlar rəhbərlik etdikləri fakültələrdə tələbələri rüşvət müqabilində aylığa,illiyə buraxan,oz rüşvətxorluqları ilə respublika kütləvi informasiya vasitələrinin gündəmindən düşməyən «məşhur» ÜTF və fizika fakültəsinin dekanı İldırım Qasımov,onun müavini Yəhya Namazov,Xarici dil fakültəsinin dekanı Əjdər Əskərov,Pedaqoji fakültənin dekanı Bayram Apoyevdir.Rektorun yaxın ətrafı ilə söhbəti zamanı qeyd etdiyinə görə Bayram Apoyevi Cəfər İbrahimov,Əjdər Əskərovu Mehdi Rəhimov,İldırım Qasımovu Elcin Cavadov,Yəhya Namazovu isə Cabbar Qarayev əvəz edəcəkdir.Maraqlıdır kı,Yusif Yusibovun yeni təyin edəcəyi bu kadrlar sabiq rektor Yadigar Əliyevi sabiq rektorun dönəmində mətbuatda kəskin müdafiə edən şəxslərdir.İldırım Qasımovu əvəz edəcək Elçin Cavadov isə sabiq rektor Yadigar Əliyevin köməkçısi olmuşdur Rektor bir müddət bundan əvvəl yeni təyinat alan həmin şəxsləri incidirdi.Başçı Elmar Vəliyevin universitetdə qayda-qanun yaratmaq üçün bu şəxşləri dekan təyin etməyi tələb etdiyi məlum olmuşdur.Bayram günləri olmasına baxmayaraq Yusif Yusibov yeni dekan seçiləcək şəxsləri qəbul etmiş və lazımi tapşırıqlar vermişdir".

Şamil Əliyev
Bolgexeber.com
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!