BolgeXeber.Com » BÖLGƏ TV » Böyük pullar uğrunda cinayət törədənlərə cinayət işi başlanıb

Böyük pullar uğrunda cinayət törədənlərə cinayət işi başlanıb

28-12-2011, 12:40
Oxunub: 4 743 Azərbaycanda bir qrup şəxs tərəfindən saxta sənədlər tərtib edilərək Dünya Bankının Bakı Ofisinə təqdim olunması ilə bağlı cinayət işi başlanıb.

Bolgexeber.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "S.Q.S" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru, Sumqayıt şəhər sakini Bayram Abdullayev özlərini Dünya Bankının Bakı Ofisinin əməkdaşları kimi təqdim etmiş Bakı şəhər sakinləri Səbinə Cəfərova və Teymur Ağayev ilə cinayət əlaqəsinə girərək Goranboy rayonunda Qarğıdalı Emalı Zavodunun inşası üçün 721000 manat məbləğində saxta sənədlər tərtib edərək Dünya Bankının Bakı Ofisinə təqdim ediblər. Toplanmış materiallar üzrə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.