BolgeXeber.Com » Analitika » Ziya Məmmədovun projesi “brak” çıxdı

Ziya Məmmədovun projesi “brak” çıxdı

26-03-2015, 13:51
Oxunub: 3 170 Ziya Məmmədovun projesi “brak” çıxdıNəqliyyat Nazirliyinin son proyektlərindən biri də “brak” çıxdı

Nazir Ziya Məmmədovun korrupsiyaya uğramış nəqliyyatın intellektual idarəetmə sistemi tezliklə iflasa uğradı. Tia.az xəbər verir ki, Bakıda nəqliyyatın tənzimlənməsi, tıxacların aradan qaldırılması üçün İntellektual İdarəetmə Sistemi (İİS) yaradılıb. Amma bu sistem özünü doğrulda bilmədi. Nəqliyyat naziri Ziya Məmmədov günahı sürücülərdə, cihazların arabir nasaz işləməsində və sərnişinlərdə axtarır. Ancaq gündəlik ictimai nəqliyyatdan istifadə edənlər təsdiqləyər ki, İİS yararsızdır.
Baxmayaraq ki, sistemin yaradılmasına, tətbiqinə kifayət qədər vəsait ayrıldı. Azərbaycana xarici ölkələrdən mütəxəssislər də cəlb edildi. Bakı və Bakıətrafı ərazilərdə xüsusi intellektual avtobus dayanacaqları da gətirilib quraşdırıldı. Amma marşrutların qrafikini təqdim edən cihazlar kəllə-mayallaq işləyir, zamanı yanlış göstərir, bəzən də işləmir.
BOLGEXEBER.COM