BolgeXeber.Com » Bölgə » İsmayıllı zülmət içində, başçı isə xaricdə kefdə

İsmayıllı zülmət içində, başçı isə xaricdə kefdə

26-03-2015, 16:40
Oxunub: 3 105 İsmayıllı zülmət içində, başçı isə xaricdə kefdəİsmayıllı rayonundan verilən məlumata görə, son bir həftədir ki, rayonun kəndlərində uzun fasilələrlə işıqlar sönür. Rayonun Talıstan kənd sakini Adəm Qasımov əməkdaşımıza bildirib ki, Talıstanla ətraf kəndlərdə bir həftədir ki, elektrik enernjisinin verilməsində uzun fasilələr yaşanır. İnsanlar Novruz bayramı ərəfəsində qarşılaşdıqları bu problemlə bağlı işıq idarəsinə müraciət ediblər. Lakin aldıqları cavab kifayət qədər maraqlı olub. Rayonun Elektrik Enerji Paylayıcı Qovşağından bildiriblər ki, hazırda idarə ləğv edilmək üzrədir. Probelmlə bağlı icra hakimiyyətinə müraciət etmələri tövsiyyə edilib. Lakin İcra Hakimiyyətindən narazı sakinlərə verilən cavab çox unikal olub – «İcra başçısı Mirdamət müəllim istirahətə gejib. Xaricdədir. Gələn ay gələcək ona qədər dözün».
Bu problemlə bağlı rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq. Gundeminfo.