BolgeXeber.Com » Gündəm » Eldar Əzizovun yeyinti kampaniyası-VİDEO,FOTO

Eldar Əzizovun yeyinti kampaniyası-VİDEO,FOTO

29-03-2015, 16:55
Oxunub: 4 942 Eldar Əzizovun yeyinti kampaniyası-VİDEO,FOTOSumqayıtda küçələrə daş döşənməsi də əksər hallarda sahibkarların "boynuna" qoyulur...

Bildiyiniz kimi Sumqayıtın abadlaşmasına dövlət büdcəsindən 5 milyon manat pul ayrılıb.Ancaq reallıq odur ki,bu qədər vəsaitin müqabilində çox az iş görülüb.Maraqlı isə odur ki,abadlıq işləri heç də Sumqayıt icra hakimiyyətinin bildirdiyi kimi təkcə dövlət vəsaiti hesabına görülmür.Mətbuatda dəfələrlə yazılıb ki,Sumqayıtın icra başçısı Eldar Əzizov şəhərin abadlıq və quruculuq işlərində şəhərin sahibkarlarından yararlanıb.Küçələrə daş döşənməsi də əksər hallarda sahibkarların üzərinə düşür.Bu iş üçün obyektlərin sahəsindən asılı olaraq təmir üçün onlardan 1000-20000 manat pul tələb olunur.Biz də BTV olaraq məsələnin obyektivliyi üçün şəhərin mərkəzi küçələrində çəkiliş apardıq.Kadrlardan açıq-aydın görünür ki, dövlət müəissələri və yaşayış binalarının qarşısı adi asfalt örtüyü ilə döşənsə də özəl obyektlərin qarşısı bahalı səki daşları ilə örtülüb.Araşdırmamızdan belə nəticəyə gəlmək olur ki,qarşısına asfalt döşənən obyektlərdən pul almaq müşkül məsələ imiş. Lakin ticarət və s. bu kimi obyektlərin qarşısındakı mənzərəni gördükdə həqiqətən bu ərazilərdən kifayət qədər yeyinti olduğunun şahidi olduq.Gördüyümüz ala-bula bu mənzərəyə şəhərin çox yerlərində rast gəlinməsi bunun heç də təsadüfən olmamasını göstərir.
BOLGEXEBER.COM
Eldar Əzizovun yeyinti kampaniyası-VİDEO,FOTO
Eldar Əzizovun yeyinti kampaniyası-VİDEO,FOTO
Eldar Əzizovun yeyinti kampaniyası-VİDEO,FOTO
Eldar Əzizovun yeyinti kampaniyası-VİDEO,FOTO
Eldar Əzizovun yeyinti kampaniyası-VİDEO,FOTO
Eldar Əzizovun yeyinti kampaniyası-VİDEO,FOTO