BolgeXeber.Com » Dünya » Bu gün bürcünüz nələr vəd edir?

Bu gün bürcünüz nələr vəd edir?

27-03-2015, 09:28
Oxunub: 2 548 QOÇ - Bürcünüz üçün əlamətdar təqvimdir. Ələlxüsus da fəaliyyətlə bağlı proseslərdə vəziyyət xeyrinizə dəyişəcək. Atacağınız hər bir addımı daha çox özünüz müəyyənləşdirməyə çalışın.

BUĞA - Təzadlı vaxtdır. Proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətdə cərəyan edə bilər. Belə məqamlarda hadisələrə obyektiv qiymət verməlisiniz. Vaxt tapıb ziyarətgahlara da gedin.

ƏKİZLƏR - Bu mürəkkəb təqvimdə büdcənizdə ciddi artım olacağı labüddür. Boş məsrəflərə xərc çəkməkdənsə bir az qənaətcil olun. Yaxın dostlarınıza və qohumlarınıza qarşı unutqan olmayın.

XƏRÇƏNG - Bütün qərarları yalnız özünüz verin. Tam bələd olmadığınız və ya şübhə ilə yanaşdığınız adamların məsləhətlərinə əhəmiyyət verməyin. Ulduzlar varlanacağınızdan xəbər verir.

Bu gün bürcünüz nələr vəd edir?Daha çox səhhətinizin qayğısına qalın

ŞİR - Olduqca məhsuldar ərəfədir. Məhz bu amili nəzərə alıb qarşınıza qoyduğunuz planların icrasında aktivliyi əldən verməməlisiniz. Axşam maraqlı görüşlərdə iştirakınız mümkündür.

QIZ - Bu gün mütləq əzmkarlığınızı artırmalı, dinclik bilməməlisiniz. Ailə-sevgi məsələlərində təşəbbüskarlığı ələ alın. Bunun nə dərəcədə səmərəli olduğunu yaxın vaxtlarda mütləq görəcəksiniz.

TƏRƏZİ - Neçə müddətdən bəri daxili sıxıntılarınıza səbəb olan bəzi problemlərin həllinə işıq düşəcək. Özünüzdən əvvəl gələn bürclərlə müqayisədə ümumi ovqatınız daha qənaətbəxş olacaq.

ƏQRƏB - Qarşınızda duran sürprizlərdən istifadə edə bilsəniz, uğurlarınız xeyli artacaq. Daxili gərginliyiniz də aradan qalxmalıdır. Hər bir situasiyaya obyektiv qiymət verməyə çalışın.

OXATAN - Səhər saatlarında ovqatınızı qoruya bilsəniz, axşama qədər heç bir narahatçılıq keçirməyəcəksiniz. Ulduzlar dostlarınızla birgə olmağınızın əhəmiyyətindən xəbər verir.

OĞLAQ - Yalnız nahar ərəfəsində müəyyən mübahisələrə cəlb oluna bilərsiniz. Qalan saatlarda iştirakçısı olduğunuz bütün proseslər əhval-ruhiyyənizin yüksəlişinə xidmət edəcək.

SUTÖKƏN - Hazırkı gərginliyinizi dəf etmək üçün ürəyinizə yaxın olan dost-tanışlarınızla təmas qurun. Bu arada bəxtiniz daha çox ailə-sevgi münasibətlərində gətirəcək. Pulsuzluqdan şikayətlənməyin.

BALIQLAR - Daha çox səhhətinizin qayğısına qalın. Bu səbəbdən də işlə bağlı müəyyən passivliyiniz nəzərə çarpacaq. Ciddi məbləğdə pul xərcləməkdən, uzaq yola çıxmaqdan vaz keçin.