BolgeXeber.Com » BÖLGƏ TV » Kredit götürən Cəlilabad sakini qonşusunun danalarını satdı (VİDEO)

Kredit götürən Cəlilabad sakini qonşusunun danalarını satdı (VİDEO)

27-03-2015, 09:54
Oxunub: 2 822 Ramil Allahverdiyev danaları qonşusundan 800 manata aldığını və 600 manata satdığını deyib

Cəlilabad rayonunun Göytəpə şəhər sakini Vüqar Xubalıyev qonşusunun fırıldağına düşüb. Onun sözlərinə görə, qonşusu Ramil Allahverdiyev bir neçə gün öncə rayondakı banklardan birindən kredit götürmək üçün ona yardım etməsini xahiş edib. Xahişi də bu olub ki, bank işçiləri təsərrüfatındakı mal-qaranın qeydiyyatını apararkən qonşunun üç danasını da özününkü kimi təqdim etsin. Vüqar Xubalıyev növbəti gün heyvanları geri almaq istədikdə gözləmədiyi mənzərə ilə rastlaşıb.

“Getdim danaları geri almağa. Mənə dedi ki, 600 mant pul verib danaları almışam. Məsələ ilə bağlı polisə müraciət etdim. Polisdə öz növbəsində həmin şəxsi idarəyə dəvət edərək, danaları geri verməsini tələb edib”, – deyə zərərçəkən Vüqar Xubaliyev bildirib.

Göytəpə şəhər polis şöbəsindən bildirildi ki, ilkin araşdırma zamanı Ramil Allahverdiyev danaları qonşusu Vüqardan 800 manata aldığını və az sonra 600 manata başqasına satdığını deyib.

Qonşulardan kimin haqlı, kimin nahaq olması isə aparılan istintaq nəticəsində müəyyən ediləcək.anstv