BolgeXeber.Com » İdman » Ansi Aqolli :"Qarabağ"da mənə deyildi ki, Ermənistana uduzsan, geri qayıtma"

Ansi Aqolli :"Qarabağ"da mənə deyildi ki, Ermənistana uduzsan, geri qayıtma"

27-03-2015, 10:53
Oxunub: 4 387 Ansi Aqolli :"Qarabağ"da mənə deyildi ki, Ermənistana uduzsan, geri qayıtma"Ermənistanla oyuna hazırlaşan Albaniya millisinin düşərgəsində olan "Qarabağ”ın futbolçusu Ansi Aqolli ölkəsində maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb

Sport7.az Albaniya mətbuatına istinadən xəbər verir ki, Ansi bu qarşılaşmaya həsr olunmuş mətbuat konfransında yerli jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan-Ermənistan münaqişəsini unutmayıb.

Qələbə qazanmaq üçün meydana çıxacaqlarını deyən təcrübəli müdafiəçi "Azarkeşlərimizi yaxşı nəticələrlə sevindirmək istəyirik. Doğma meydanda ancaq qələbə haqda düşünürük. Rəqibin oyunlarına baxmışıq. Necə oynadıqlarını bilirik. Erməniləri məyus yola salmaq üçün əlimizdən gələni edəcəyik. Məlum məsələdi ki, "Qarabağ"da oynadığımdan bu matç mənim üçün önəmlidi. Klubda mənə deyildi ki, uduzsan, geri qayıtmaya bilərsən. Təbii ki, bu, zarafatdı. Ötən seçmə mərhələdə erməniləri məğlub edəndə klubdan mənə xüsusi mükafat verdilər. Ola bilsin ki, bu dəfə də qalib gələcəyimiz halda məni Azərbaycanda yenə mükafatlandıracaqlar” deyib.

Xatırladaq ki, bu qarşılaşma martın 29-da Albaniyanın paytaxtı Tiranada baş tutacaq.
BOLGEXEBER.COM