BolgeXeber.Com » Dünya » Prezident cizgi filmində

Prezident cizgi filmində

28-12-2011, 22:50
Oxunub: 4 637 Gürcüstan prezident Mixael Saakaşvili cizgi filmi qəhrəmanı olacaq.

Gürcüstanın “Maestro” kanalında yayımlanacaq cizgi filmi “Banansız banan respublikası" adlanır. Burada ölkə başçısından tutmuş, daxili işlər naziri, iqtisadiyyat naziri, hətta milyarder müxalifətçi və layihəni maliyyələşdirən Bidzin İvanaşviliyə qədər digər rəhbər nümayəndələr də gülüş hədəfi olacaqlar.

Layihəyə rəhbəri məşhur telejurnalist Şalva Ramişvilidir. O, heç bir şey uydurmadığını, sadəcə Saakaşvilinin realda etdiklərini şəklə köçürməyin lazım olduğunu deyib.

Qeyd edək ki, 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində Ramişvili sabiq prezident Eduard Şevarnadze barədə də cizgi filmi çəkərək onu reytinqini alt-üst etmişdi. “Dardubala” cizgi filmi o dövrdə xeyli məşhurluq qazanmışdı, prezident özü sonralar etiraf etmişdi ki, bu onu məyus etsə də, demokratiya naminə qadağa qoymamışdı (qafqazinfo).