BolgeXeber.Com » Gündəm » Sumqayıtda vaxt dayanıb-VİDEO

Sumqayıtda vaxt dayanıb-VİDEO

29-03-2015, 12:18
Oxunub: 5 406 Sumqayıtda vaxt dayanıb-VİDEOİşləməyən saat nəyə və kimə lazmdır?!

Ötən dəfə Sumqayıt şəhərində işləməyən saat qüllələri barədə məlumat vermişdik.Xəbər verdiyimiz kimi şəhərdə saatlar istifadəyə verilən gündən düz-əməlli başlı işləməyib. Sumqayıt sakinlərinin BTV-yə bildirdiyinə görə görə saat qüllələrində saat ya bir neçə saat geri qalıb,ya qabağı göstərib. Biz isə saatların düzəldilməsi ümidi ilə Sumqayıta yollandıq. Lakin görünən odur ki, dəyişən heç nə yoxdu,hər şey əvvəlki kimidir.Məsələyə şəhər sakinləri də öz münasibətini bildirdi.Onların sözlərinə görə saatların istifadəyə verildiyi müddət ərzində onların düz işləməsini görməyiblər.Görünən odur ki,aidiyyəti qurumlar məsələyə səhlənkar və laqeyd yanaşır. Hər bir halda buna cavabdeh şəhər rəhbərliyidir və bu icra hakimiyyətinin problemidir. Özü də qeyd edək ki, onların hər ikisi şəhərin gözəgəlimli yerində;biri Sülh küçəsində,düz şəhərin girəcəyində,digəri isə Heydər Əliyev parkında yerləşir.