“Vüqar hələ çox döyülməlidir”- Daha bir açıqlama
28-03-2015, 12:48
Oxunub: 5 865
Moskvada döyülən azərbaycanlı müğənni Vüqar Muradov barədə yeni iddia açıqlanıb
BOLGEXEBER.COM-un məlumatına görə, lent.az-a açıqlama verən müğənni Səidə Dadaşovanın keçmiş həyat yoldaşı Səlçuk Gökgöz deyib ki, V.Muradov ona 3 min dollar pul borcludur:
“Döyüblər, yaxşı eləyiblər. Biz 2011-ci ildə Bakıya köçən zaman maşın lazım oldu. Keçmiş həyat yoldaşım Səidə də dedi ki, Vüqarda “Jeep” markalı maşın var. Vüqar gəldi, maşına baxdıq. Baxandan sonra dedim ki, 4 təkəri yararsızdır və bir neçə yeri də dəyişilməlidir. O da mənə cavabında dedi ki, “Qardaşım, narahat olma, mən hamısını alacam”. Mən də razılıq verdim, 10 min dollar verib maşını aldıq. Sonradan elə oldu ki, o maşının ehtiyat hissələrini mən aldım. Bu da 3 min dollar elədi. Amma o gündən bu günə kimi mənim pulumu qaytarmır. Məni aldatdı. O, hələ çox döyülməlidir. Çünki pis xarakteri var. Sürücülük vəsiqəsi də yoxdur, sərxoş maşın sürür”.
Qeyd edək ki, “Yeni ulduz” yarışmasının iştirakçısı olan V.Muradovu bir neçə gün öncə 1000 AZN beh müqabilində Moskvaya toya dəvət ediblər. Lakin müğənni Moskvada əsl "sürpriz"lə rastlaşıb. Belə ki, naməlum şəxslər onu Moskvada hava limanında qarşılayaraq, meşəyə aparıb, orada döyüblər. Bütün bunları isə videoya çəkiblər.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər