BolgeXeber.Com » İqtisadiyyat » Daha bir bankln adı Mərkəzi Bankın qara siyahısına düşüb... - “Dekabank” iflas astanasında

Daha bir bankln adı Mərkəzi Bankın qara siyahısına düşüb... - “Dekabank” iflas astanasında

28-03-2015, 13:04
Oxunub: 4 977 Daha bir bankln adı Mərkəzi Bankın qara siyahısına düşüb... - “Dekabank” iflas astanasındaAzərbaycanda daha bir bank çökür

Tia.az-ın xəbərinə görə, Mərkəzi Bank artıq “Dekabank”ı da qara siyahıya salıb. 2014-cü ilin yekunlarına görə, “Dekabank”ın aktivləri 92,1 milyon manat təşkil edib. Bu, 2013-cü illə müqayisədə 50,9% çoxdur.

Bankın kredit portfeli 72,5% artaraq 76,8 milyon manat, öhdəlikləri isə 8,2% artaraq 34,9 milyon manat olub. Bankın depozit portfeli isə 15,6% azalaraq 5,7 milyon manata, o cümlədən əhalinin əmanətləri 21,8% azalaraq 4,7 milyob manata düşüb.

1 yanvar 2015-ci il tarixinə bankın nizamnamə kapitalı 2,2 dəfə artımla 52,77 milyon manat, məcmu kapitalı isə 87,3% artımla 53,9 milyon manatdır. Bank ötən ili 153 min manat ziyanla başa vurub.
BOLGEXEBER.COM