BolgeXeber.Com » Media » Eynulladan Əvəz Zeynallıya cavab

Eynulladan Əvəz Zeynallıya cavab

29-12-2011, 21:50
Oxunub: 3 900 “Mənim Bakı İstintaq Təcridxanasında monitorinq aparmaq üçün giriş iznim yoxdur”.

Bunu Bolgexeber.com-a açıqlamasında hüquq müdafiəçisi Eynulla Fətullayev “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının onunla görüşdən imtina etməsi ilə bağlı yaydığı açıqlamaya münasibət bildirərkən deyib. E. Fətullayev deyib ki, bir neçə həftə əvvəl Ədliyyə nazirliyi onun monitorinq aparması üçün icazə verib: “Bu icazə isə yalnız cəzaçəkmə müəssisələri ilə bağlıdır. Əvəz Zeynallının vəkili mənə bildirmişdi ki, o mənimlə görüşmək istəyir, Əvəz məni gözləyir. Mən ona da bildirdim ki, inanmıram məni Bakı İstintaq Təcridxanasına buraxsınlar. Amma buna çalışacağını qeyd etdim. Ona görə də hesab edirəm ki, Əvəz Zeynallının dedikləri haqlı deyil”.