BolgeXeber.Com » Bölgə » Şirvanda icra başçısı vəzifəsi uğrunda savaş başlayıb

Şirvanda icra başçısı vəzifəsi uğrunda savaş başlayıb

1-04-2015, 12:16
Oxunub: 2 850 Şirvanda icra başçısı vəzifəsi uğrunda savaş başlayıbŞirvanda icra hakimiyyətinin müavini Elmira Ağayeva şəhərin idarə rəhbərlərini mətbuat vasitəsi ilə vurdurur. Qeyd edək ki, son zamanlar Şirvanın bir sıra idarə müdirləri mətbuatda kəskin tənqid olunur. Lakin Xalqxeber.Az-ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, bunun başqa səbəbi də var. Belə ki, şəhərdəki məsul şəxslər haqda ifşaedici faktlar bilərəkdən mətbuata ötürülür ki, onlar gözdən salınsın. Mənbə bildirir ki, bu kimi addımlar isə əslində Şirvanın icra başçısı Mərdan Camalova qarşı yönəlib. Xalqxeber.Az-a daxil olan məlumata görə, icra başçısına qarşı yönələn bu addımın kökündə icra başçısının müavinin şəhərdə icra başçısı vəsifəsinə iddialı olmasıdır. Elmira Ağayevanın məhz bu məqamda aktivləşməsi isə verilən məlumata görə, icra başçısı Mərdan Camalovun səhhətində problemlərin yaranmasıdır. Məhz bundan istifadə edən müavin hücuma keçmək üçün indiki məqamı daha münasib sayır. Mənbə bildirir ki, müavin hətta birbaşa icra başçısı Mərdan Camalov haqda tənqidi materialları mətbuata ötürməkdən çəkinmir. Maraqlıdır ki, icra başçısı haqda təbliğat aparılır ki, o qocalıb, xəstədir və artıq vəzifəsinin öhdəsindən gələ bilmir. Bildirilir ki, hətta Elmira Ağayeva bu yaxınlarda icra başçısı şəhərdə olmadığı müddətdə Şirvanın idarə rəhbərlərini yığaraq onlara bildirib ki, artıq onlar məhz onunla hesablaşmalıdırlar. Yerli məmurlara bildirilib ki, qarşıdan gələn bayram ilə və ümumiyyətlə şəhərdə keçiriləcək tədbirlərlə əlaqədar onlar müəyyən vəsait ödəməlidirlər. Bundan başqa təyin olunan aylıq məbləğlər də açıqlanıb. Çox güman ki, bütün bunlardan Mərdan Camalovun məlumatı yoxdur. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Xalqxeber.az