BolgeXeber.Com » Analitika » Qara Əjdahadan nə gözləyək?

Qara Əjdahadan nə gözləyək?

1-01-2012, 14:00
Oxunub: 5 397 2012-ci il Qara Əjdaha ilidir.

Astroloq Səbuhi Rəhimli Trend-ə Qara Əjdaha ilinin əsas xüsusiyyətlərini açıqlayıb.

Astroloq bildirib ki, rəngi qara, ünsürü isə su olan Əjdaha ili 2012-ci il yanvarın 23-də Bakı vaxtı ilə saat 12:42-də başlayacaq.

İlin:

uğurlu ayları - may, iyul

uğursuz ayları - yanvar, noyabr

düşərli günləri - bazar ertəsi, cümə

ağır günü - çərşənbə axşamı

düşərli təqvimləri - 2, 4, 5, 8, 16

rəqəmi - 5

rəngi - qara, açıq mavi

daş-qaşı - əqiq, rubin, zümrüd

metalı - gümüş, mis

çiçəyi - şaftalı çiçəyi

talismanı - ürək, qızıl öküz

Aktiv ölkələri - Türkiyə, Azərbaycan, Şotlandiya, Hollandiya, İrlandiya, Polşa, Rusiya, İraq, İran, Əfqanıstan, Avstraliya, Mərkəzi Afrika, Suriya, Sakit Okean adaları.

Rəhimlinin sözlərinə görə, qədim inanclara əsasən, göstərilən dəqiqədə Göy sferasının şimal yarımkürəsinə kim baxsa, Göy qübbəsində bərqərar olan heyvanın təsvirini görər. Hətta müasir dövrümüzdə də bunun həqiqət olduğunu deyənlər var.

"Bir qayda olaraq Əjdaha ili insanlarda daxili azadlıq, xoş əhval, yaradıcılığa hədsiz həvəs, dunyanı dərk etmək, məsuliyyət hisslərinin yüksəlməsi kimi amilləri təlqin edir. O, illər üzrə tərtib olunmuş Zodiakda yeganə heyvandır ki, heç kim görməyib. Biz onun haqqında yalnız nağıllarda və əfsanələrdə oxumuş, məlumatlanmışıq", - Rəhimli deyib.

Onun sözlərinə görə, ümumiyyətlə isə, bu heyvan nəinki Şərqdə, həmçinin Qərbdə də xəzinələrin, sirrlərin, bütün gizli işlərin himayəçisi, fövqəladə güc sahibi, həmçinin amansızlığın qatı düşməni kimi qəbul olunur. Onlar mağaralarda tək yaşadığından insanlarda da tənhalığa meyli gücləndirirlər. Bu baxımdan hissləri duymaq, Tanrıya yaxın olmaq, məkrli fikirləri oxumaq və öyrənmək, dünyanı dərk etmək əlverişli olsa da, qarşılıqlı münasibətlərdə, xüsusən də tərəfdaşlıq və müttəfiqlik zəminində passivlik yaradır. İnsanların bir-birinə inamsızlığı da məhz deyilən ərəfəyə təsadüf edir. Buna baxmayaraq o, cəsarətli adamlara gözəl şərait yaradır, onları qəhrəmanlaşdırır, gələcəyini parlaq edir, dostu düşməndən ayırmaqda yardımçı olur.

"Şərq münəccimləri Əjdaha ilə mülayim davranmağı, ona hörmətlə yanaşmağı tövsiyə edirlər. Çünki bu heyvanla dostluq etmək daha yaxşıdır, nəinki mübarizə aparmaq. Əjdaha taleyin ən avtoritet simvolu hesab olunur. Şərqdə onu asimanın enerji mənbəyi hesab etdiklərindən onun gəlişini aktivləşmə dövrü kimi də dəyərləndirirlər. Xarici dillərin oyrənilməsi, intellektin yüksəldilməsi, eləcə də mədəniyyət sahəsində nailiyyətlər məhz onun himayəsində daha geniş vüsət alır. Əjdaha fəaliyyətdə müvəffəqiyyətin, güc və enerjinin, müdrükliyin simvolu kimi qəbul olunur. Bu heyvanın biclik işlətməklə, hücum etməklə, zəifləri ovlamaqla işi olmasa da, olduqca həssas, emosional və hədsiz dərəcədə müstəqildir. Amma çinlilərin tədbirincə, Əjdaha fəaliyyətdən daha çox ağlın müdrikliyidir", - astroloq deyib.

Rəhimli bildirib ki, Vikipediyanın yazdığına görə, bu mifik canlı çinlilər arasında çox məşhurdur. O, Çin xalqının ulu əcdadlarının totemi, Çin millətinin qədim rəmzi və onun mədəni inkişafının başlanğıcı hesab edilir. Çin miologiyasına görə, əjdaha (su ünsürünün hamisi) insanlara su verir, ona sadiq xidmət edənlərin tarlasını bolluca suvarır, kəndliləri saysız-hesabsız fəlakətlərdən qoruyurdu. Çin allahları iyerarxiyasında əjdaha Səma və Yerdən sonra üçüncü yerdə gəlir. Əjdaha ən əcaib şəkillərdə təsvir olunurdu. Onun gözləri dovşan gözlərinə, qulaqları isə inək qulaqlarına oxşayırdı; onun uzun bığları var, gövdəsi isə pulcuqlarla doludur, dörd şir pəncəsinə, qartal caynaqlarına malikdir və s.. Lakin hər bir halda bu mifik varlığın siması əzəmətli, zabitəli və mübariz görünür.

"Astroloji bilgilərə görə, Əjdaha ilində baş verən hadisələr gözlənilmədən, qisa zaman kəsiyində cərəyan edir. Amma tarixi xronologiyaya nəzər salsaq, görərik ki, Əjdaha ilində böyük müharibələr, dövlətlərarası münasibətlərdə kəskin konfiliktlər müşahidə olunmur, əksinə sülh sazişləri, münaqişələrin sabitləşməsi nəzərə çarpır. Olsa-olsa məhəlli müharibələr baş verir ki, bu da dünyanı o qədər də narahat etmir, - astroloq qeyd edib.

O bildirib ki, Əjdaha ilinin yaratdığı müəmmalar yalnız 12 illik tsikl başa çatdıqdan sonra aydınlaşır. Sadə dillə desək, onun dövründə yaranmış siyasi qalmaqalar növbəti Əjdaha ilində sona yetir.