BolgeXeber.Com » Ölkə » YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib

YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib

3-04-2015, 20:37
Oxunub: 4 958 YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib Konfransda seçilmiş 120 nəfər nümayəndədən 118 nəfəri iştirak etdi

BOLGEXEBER.COM xəbər verir ki,aprelin 3-də YAP Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin IV konfransı keçirildi. Konfransda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak etdilər.

Öncə konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq ümummilli liderin xatirəsini ehtiramla yad etdilər.

Rayon Gənclər Mərkəzində öz işini davam etdirən konfrans Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə və Dövlət Himinin səsləndirməklə başladı.
Konfransda seçilmiş 120 nəfər nümayəndədən 118 nəfəri iştirak etdi.

Konfransı giriş sözü ilə YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov açaraq Yeni Azərbaycan Partiyasının hər bir üzvü, o cümlədən, Tərtər Rayon Təşkilatının ətrafında birləşən partiya üzvlərinin ulu öndər Heydər Əliyev ideyalarının dönmədən həyata keçirilməsi, Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi və davamçısı olan partiyamızın sədri möhtərəm Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əldə olunan hər bir uğurda pay sahibi olmaqlarını qeyd etdi. O, göstərdi ki, bu gün dünyada layiqli yer tutub, söz sahibinə çevrilən vətənimiz Azərbaycanın bu günü və gələcəyi üçün öz çiyninə məsuliyyətli bir vəzifə götürən Yeni Azərbaycan Partiyası 1993-cü ildən etibarən hakim, iqtidar partiyası olaraq fəaliyyət göstərir. Partiyamız kəmiyyət və keyfiyyət baxımından günbəgün genişlənir. Bu gün onun sıralarında 650 min nəfərdən artıq partiya üzvü, doğma vətənizimin çiçəklənməsi, qüdrətlənməsi, xalqımızın xoşbəxt və firəvan həyatının təmin olunması üçün bütün sahələrdə öncüldürlər. Bu gün rayon təşkilatı Gənclər Birliyinin konfransı böyük ruh coşqunluğu şəraitində keçir. Tərtər Rayonu mənfur erməni işğalçıları ilə 48 kilometrlik sərhəddə yerləşməsinə baxmayaraq rayonda güclü inkişaf vardır. Son illərdə Tərtərin siması büsbütün dəyişmişdir. Rayonda güclü abadlıq, quruculuq işləri aparılır. Bütün bu nailiyyətlərin əldə olunmasında müxtəlif sahələrdə fəaliyyət göstərən YAP üzvləri, o cümlədən gənclərimiz qabaqcıllar sırasındadırlar. Tərtər gəncləri həmişə quruculuq-abadlıq işlərində rayon rəhbərliyi ilə birgə olduqlarını nümayiş etdirirlər.

YAP Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin sədri Yadigar Səfərov ötən konfransdan keçən müddət ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış etdi. Məruzəçi qeyd etdi ki, bu gün YAP Tərtər Rayon Təşkilatı öz ətrafında 1392 nəfər partiya üzvünü birləşdirir. Ötən ilin 23 dekabrında keçirilən Bələdiyyə seçkilərində namizəd kimi iştirak edən gənc YAP üzvlərindən 55 nəfəri bələdiyyə üzvü, 8 nəfəri isə bələdiyyə sədri seçilmişlər. Ötən ilki seçkilərdə bələdiyyə üzvü seçilənlər arasında gənclərin xüsusi çəkisi artaraq 35 faiz təşkil etmişdir. Ötən il YAP sıralarına qəbul olunan 283 nəfərin 134 nəfəri gənclərdir.
YAP Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin üzvlərindən 871 nəfəri qadin olmaqla, 450 nəfər təhsil, 150 nəfər səhiyyə, 78 nəfər elm, mədəniyyət, incəsənət, 97 nəfəri idarəetmə, 310 nəfəri isə digr sahələrdə çalışır, 18 nəfər tələbədir.

961 nəfərin ali, 364 nəfərin orta ixtisas, 152 nəfərin isə orta təhsili vardır.

Müxtəlif idman növləri üzrə 1 nəfər dünya, 4 nəfəri isə respublika çempionudur.

Məruzədə qeyd olundu ki, Tərtər gəncləri partiyamızın sədri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin durmadan və sürətlə inkişaf etdirilməsi istiqamətində yürütdüyü siyasətin həyata keçirilməsində fəal iştirakçı olmaqdan qürur duyurlar.

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov öz çıxışlarında Yeni Azərbaycan Partiyasının tarixindən, bu partrtiyanın yaradıcısı ümummilli lider Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, YAP-ın bü günkü Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan danışaraq konfrans iştirakçılarına öz tövsiyə və tapşırıqlarını verdilər.

Fəal gənc partiya üzvlərindən Samirə Səfərova, Anar Rüstəmov, Turanə Bayramlı çıxış edərək dövlətimiz tərəfindən gənclərə göstərilən qayğıdan, gəncliyin siyasi fəallığının artırılması istiqamətində partiyamızın sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin qəbul etdiyi qərarlardan söz açaraq bütün Azərbaycan gəncləri kimi, Tərtər gənclərinin də daim ölkə başçısının ətrafında sıx birləşdiklərini bəyan etdilər. Konfransda təşkilat məsələlərinə baxıldı. Emin Pənahov YAP Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin sədri, Natiq Aslanov və Səadət Hüseynova isə sədr müavinləri, YAP Gənclər Birliyinin Respublika konfransına isə 3 nəfər nümayəndə seçildi.

Konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezident Cənab İlham Əliyevə müraciət qəbul olundu.

Sonda partiya sıralarına yeni qəbul olunan bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edildi.

Konfrans öz işini Dövlət Himninin dinlənilməsi ilə başa çatdırdı.
YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib