BolgeXeber.Com » Ölkə » Tərtərdə tibbi müayinə uğurla davam etdirilir-FOTO

Tərtərdə tibbi müayinə uğurla davam etdirilir-FOTO

4-04-2015, 10:19
Oxunub: 4 235 Tərtərdə tibbi müayinə uğurla davam etdirilir-FOTOAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da uğurla icra olunur

Bununla əlaqədar olaraq rayon icra hakimiyyətinin başçısı tərəfindən Sərəncam imzalanaraq müvafiq komissiya yaradılmış və qrafik hazırlanmışdır. Qrafik əsasında Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri əhalinin sağlamlığının qorunması, müalicəsi və profilaktikası məqsədilə fevral ayının 2-dən əhalinin tibbi müayinəsinə başlamışdır. Tibbi müayinə rayon Mərkəzi Xəstəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da aparılır. Həmçinin xəstəxanaya gələ bilməyən yaşlı insanlara, əlillərə evlərdə tibbi xidmət göstərmək məqsədilə həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.

Bu günədək rayonda 34 yaşayış məntəqəsində, ümumilikdə 42961 nəfər tibbi müayinədən keçmiş, onlardan 2851 nəfər ambulator, 42 nəfər isə stasionar müalicəyə cəlb olunmuş, 15 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilmişdir. Fevral ayından başlanan tibbi müayinə may ayının 1-dək davam edəcəkdir. Ümumilikdə, tibbi müayinədən rayonun 51 yaşayış məntəqəsindən 18 yaşdan yuxarı 56204 nəfərin tibbi müayinədən keçməsi nəzərdə tutulubdur.

Rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Mətanət Hüseynova, Bəyimsarov kənd sakini Surxay Hüseynov, şəhər sakini, birinci qrup qarabağ əlili Nizami Heydərov və başqaları onların sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicə olunması məqsədi daşıyan bu xeyirxah aksiyanı yüksək qiymətləndirir və dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
BOLGEXEBER.COM
Tərtərdə tibbi müayinə uğurla davam etdirilir-FOTO
Tərtərdə tibbi müayinə uğurla davam etdirilir-FOTO
Tərtərdə tibbi müayinə uğurla davam etdirilir-FOTO