BolgeXeber.Com » Ölkə » Holland voleybolçu: Bakının yollarında heç bir qayda-qanun yoxdur!

Holland voleybolçu: Bakının yollarında heç bir qayda-qanun yoxdur!

4-04-2015, 10:37
Oxunub: 4 276 Holland voleybolçu: Bakının yollarında heç bir qayda-qanun yoxdur!“2 zolaqlı yolda elə sürürlər ki, elə bil 4 zolaqlı yoldur”

“Lokomotiv”in holland voleybolçusu Kuinta Steenberqen Bakı klubunda hökm sürən atmosferdən və Azərbaycanda ən çox nəyə təəccübləndiyindən danışıb.

“Lokomotiv”də əla kollektiv var. Rəhbərlik, texniki heyət, komanda – hamı bir ailə kimidir. İstənilən vaxt kiməsə qonaq getmək olar. Burada özümü çox rahat hiss edirəm. İlk dəfə klubun prezidenti, məşqçilər, menecerlərin bir-birinə bu qədər yaxın olduğunu görürəm.

Bakı çox sürətlə inkişaf edir. Burada özümü təhlükəsiz hiss edirəm, insanlar çox mehribandırlar. Məni təəccübləndirən isə burada avtomobili necə sürmələridir. Heç bir qayda yoxdur! 2 zolaqlı yolda elə sürürlər ki, elə bil 4 zolaqlı yoldur. Bununla belə Azərbaycanı hər gün daha çox bəyənirəm. Bakı möhtəşəm şəhərdir.