BolgeXeber.Com » Ölkə » “Baku Elektroniks”dən mal alan zibilə düşür – Fakt

“Baku Elektroniks”dən mal alan zibilə düşür – Fakt

4-04-2015, 20:10
Oxunub: 4 465 “Baku Elektroniks”dən mal alan zibilə düşür – Fakt“Baku Elekroniks mağazalar şəbəkəsi “Samsunq” markasının zay və keyfiyyətsiz məhsullarını baha qiymətə satışa çıxarır. Zəmanətlə satışa çıxarılan məhsullar il ərzində dəfələrlə təmir edilməli olur"

Axar.az xəbər verir ki, “Baku Elektroniks” Cənubi Koreyadan Bakıya “Samsunq” markalı elektrik məişət əşyalarının, xüsusilə televizorların ancaq keyfiyyətsizlərini gətirir. Məhsulların keyfiyyəti olduqca aşağı, davamlılığı isə sıfır səviyyədədir.

Sözügedən mağazadan cəmi il yarımdır “Samsunq” markalı televizor alan müştəri bildirib ki, televizorun zəmanət müddəti başa çatmamış bir neçə dəfə sıradan çıxıb. İl yarımdır alınan televizor artıq 4 dəfə texniki səbəblərdən yararsız hala düşüb və mağazada televizoru yenisi ilə əvəz etməkdənsə, lazım olan hissəni guya düzəldərək müştəriyə geri verib.

Müştəri qeyd edir ki, öz televizorunun təmirə aparıldığı müddətdə əvəzedici olaraq şirkətin təklif etdiyi televizorlar bərbad gündədir: “Qaralmış, heç nə sezilməyən ekrana malik bir neçə televizor təklif edirlər ki, təmir müddətində müştəri guya televizorsuz qalmasın. O televizorlar o qədər bərbaddır ki, baxmaq mümkün deyil”.

Müştəri bildirib ki, şirkətə məhsulun keyfiyyətsiz olması və dəfələrlə təmirə aparılması ilə bağlı etiraz bildirəndə qurumun hüquqşünası alınan malın heç vaxt təmirə gəlmədiyində inad edib:

“Şirkət rəsmiləri guya kompüterlərindəki məlumatlara uyğun davrandıqlarını iddia edirlər. Halbuki televizorun zəmanət müddətində 3 dəfə təmir olunduğunu təqdiqləyən qəbzlər var (qəbzlərin fotosu təqdim edilir). Bu da görünür şirkətin növbəti fırıldağıdır: kompüterin yaddaşına “yazılmadığı” bəhanəsi ilə özlərinə haqq qazandırmaq istəyirlər. Əgər müştəri qəbzləri itirmiş və ya atmış olarsa, onda şirkət haqlı durumda qalır və ona heç nəyi sübut etmək olmur. “Bədbəxtlikdən”, biz neçə dəfə təmirə gedibsə, həmin qəbzləri saxlamışıq. Amma bu qəbzlər də deyəsən keçərli deyil. Şirkətin hüquqşünası öz kompüterinə “inanmaqda” israr edir”.

Müştəri qeyd edib ki, zəmanət müddətinin bitməsinə 3 aydan bir az çox vaxt qalıb: “Şirkət ən geci 21 gün müddətində televizorun təmir edilib, geri qaytarılacağı öhdəliyi götürüb. Beləliklə, bütün vasitələrlə yararsız və keyfiyyətsiz məhsulunu zəmanət müddətinin bitməsinə qədər sürüyüb aparmağa cəhd göstərirlər. Yararsız və keyfiyyətsiz məhsul təbii ki, qısa müddətdə sıradan çıxacaq və zəmanət müddəti bitən kimi təmirdən də imtina ediləcək. Biz də o televizoru atmağa məcburuq. Bu şirkət müştəriləri görün necə ələ salıb aldatmaqla məşğuldur”.

Artıq dəfələrlə “Baku Elektroniks”dən alınan məhsulların zay və keyfiyyətsiz çıxmasından bezən müştəri alıcılara sözügedən mağazadan elektrik əşyası almamağı məsləhət bilir.

Xatırladaq ki, “Baku Elektroniks” NAB Şirkətlər Qrupuna aiddir. Bu qurumu əslən Güney Azərbaycandan olan Məcid, Həbib və Səid Naxçıvani qardaşları idarə edir.

Ölkəyə zay məhsullar gətirib, müştəriləri aldadan bu şirkətlə bağlı araşdırma aparmağa çalışacağıq.
BOLGEXEBER.COM
“Baku Elektroniks”dən mal alan zibilə düşür – Fakt
“Baku Elektroniks”dən mal alan zibilə düşür – Fakt
“Baku Elektroniks”dən mal alan zibilə düşür – Fakt
“Baku Elektroniks”dən mal alan zibilə düşür – Fakt