BolgeXeber.Com » Ölkə » "Təzəz Bazar"da yaşanan qalmaqalda nazirin də adını çəkirlər... - İLGİNC İDDİA

"Təzəz Bazar"da yaşanan qalmaqalda nazirin də adını çəkirlər... - İLGİNC İDDİA

6-04-2015, 09:54
Oxunub: 3 682 "Təzəz Bazar"da yaşanan qalmaqalda nazirin də adını çəkirlər... - İLGİNC İDDİAOnlar sadəcə, açıq şəkildə deyirlər ki, yaxına gəlsəniz, qan düşəcək, bizə də bu lazımdır...
Bu səhər saat 06:00 radələrində "Təzadlar"ın reportyor qrupu da daxil olmaqla digər KİV-ləri təmsil edən bir qrup jurnalist "Təzə Bazar" MMC-nin məlum qanunsuzluq baş verən ərazisində olmuş, foto və video çəkilişlər aparılmlş, hadisə şahidlərinin müsahibəsi götürülmüşdür... Hazırda video müsahibə yüklənməyə hazırlanır. Amma təəssüflər olsun ki, səhərə kimi qanunsuz olaraq qazıntı aparılan əraziyə bir nəfər də olsun polis əməkdaşı yaxın gəlməmişdir. Halbuki, burada çalışan işçilər bildirdilər ki, polisə süni gərginlik yaradanların məqsədlərinin nə olduğu barədə dəfələrlə ciddi xəbərdarlıq olunmuş, məlumat verilmişdir...
***

...Bu dəqiqələrdə "Təzə bazar" MMC-yə məxsus ərazidə (Nəsimi rayonu ərazisində) çalışan bir qrup satıcılar adından Eldar Xəlilov və R.Həmidov Tezadlar.az saytına göndərdiyi müraciətdə hazırda ərazidə baş verən ciddi qarşıdurma barədə yazıb:
-Xahiş edirik, səsimizi lazımi ünvanlara, dövlət qurumlarına çatdırasınız... Hazırda Sabirabadın keçmiş icra başçısı, Surət Hüseynovun sayəsində başçı olan, sonradan Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə ciddi nöqsanlara görə işdən qovulan Vaqif Şıxəliyevə məxsus olan "Bakı Mərkəzi Bazar" MMC-də şalışan, V.Şıxəliyevin himayə etdiyi təxminən 25-30 nəfər burada qan çanağı yaratmaq istəyirlər... Onlar əvvəlcə saat 16:30 radələrində əllərində bel, lom və dəmir parçaları çalışdığımız "Təzə Bazar" MMC-yə məxsus əraziyə basqın edərək burada bizə məxsus yüksək gərginlikli kabel keçən asfaltı qazmağa başladılar. Soruşduq ki, siz kimsiniz, burada nə qazıntı aparırsınız, dedilər ki, Vaqif Şıxəliyev göndərib: "Bizə tapşırıq verilib ki, bu ərazini qazaraq təxminən 60 metrlik kabeli qazıb çıxaracağıq...". Soruşuruq ki, bu Bakı Elektrik Şəbəkənin srateji obyekti olan, bizə məxsus kabeli nə ixtiyarla qazıb aparırsınız, bu sizin və ya Vaqif Şıxəliyevin nəyinə lazımdır? Onlar söyüş və təhqirli ifadələr işlədərək "Bizə tapşırıq belə verilib!" dedilər... Onlar sadəcə, açıq şəkildə deyirlər ki, yaxına gəlsəniz, qan düşəcək, bizə də bu lazımdır... Beləcə, bazara şərik olan Vaqif Şıxəliyev digər şəriki ilə uzun müddətdir ki, məhkəmə mübahisəsindədir və bütün məhkəmələri uduzduğu üçün indi də bu yola əl atıb qarşıdurma yaratmaq, bizim hüquqlarımızı qorumaq üçün başqa yollara əl atmağımıza təhrik etmək istəyir... Bizə məxsus bazarın əmlakı olan kabel Vaqif Şıxəliyevin nəyinə lazımdır axı?! Neçə gün əvvəl həmin şərikinin Novxanıdakı bağ evinə basqın etdirən, qanunsuz hərəkətləri ilə qarşıdurmaya səylər edən Vaqif Şıxəliyevin qarşısına kimsə çıxmır. Çünki o, özünü nazir Ramil Usubovun adamı kimi hamıya təqdim edir, hər yerdə də bunu sübut edən faktları ortaya qoyur. Əlbəttə, biz inanmırıq və inana da bilmərik ki, nazir Ramil Usubov belə bir adamın bu cür qanunsuz addımlarını, qan iyi gələn hərəkətlərini dəstəkləsin və s. Amma Vaqif Şıxəliyevin bu günkü hərəkətlərinə də, polisin adekvat cavab tədbiri görməməsi o ehtimalı ortaya qoyur ki, görəsən, Vaqif Şıxəliyev düz deyirmi??? Bu gün V.Şıxəliyevin adamlarının qanunsuz hərəkətləri barədə DİN-nin 102 xidmətinə dəfələrlə zəng edib məlumat vermişik ki, burada qan düşəcək, tədbir görün, bu adamlar qan tökülməsini istəyirlər... İki saatdan sonra Nəsimi RPİ-nin post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəldilər... 5 dəqiqə sonra isə çıxıb getdilər. Vaqifin adamları açıq şəkildə dedilər ki, polislər sizi yox, bizi müdafiə etməyə gəlmişdilər, onları necə lazımdır "yola salmışıq".
Sizdən xahiş edirik, səsimizi cənab nazir Ramil Usubova çatdırasınız: cənab nazir, Vaqif Şıxəliyev bütün qanunsuz hərəkətlərini sizin adınızla bağlayır. Xahiş edirik, bu məsələyə aydınlıq gətirəsiniz. Biz Sizin nüfuzunuza ağır şəkildə zərbə vuran bu şaiyənin aradan qaldırılmasına, Vaqif Şıxəliyevə qarşı sərt tədbirlər görülməsinə tapşırıq verməyinizi xahiş edirik... Hazırda Vaqif Şıxəliyevin adamları ərazidədir, tərəflərin qarşıdurması pik həddə çatıb. Bazarın işıqlarını kəsməyə səy göstərirlər. Bunun qarşısı alınmalıdır. Bir daha qeyd edirik ki, V.Şıxəliyev mərhum Prezident, görkəmli dövlət xadimi Heydər Əliyevin 20 avqust 1993-cü il tarixli fərmanı ilə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilmişdi... Lakin Surət Hüseynova qoşularaq başqa işlərlə məşğul olan V.Şıxəliyev Prezidentin 14 avqust 1995-ci il tarixli digər bir fərmanı ilə isə işdə ciddi nöqsanlara yol verdiyinə görə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Bunun özü bir daha sübut edir ki, Prezidentin etimadını doğrultmayan bir şəxs indi də belə addımlara əl atır, qanunları kobud surətdə, istədiyi kimi pozur.
Redaksiyadan: Məsələ ilə bağlı KİV olaraq məlum ciddi qarşıdurma barədə DİN-nin 102 xidmətinə, həmçinin Nəsimi RPİ-nin növbətçi hissəsinə bu dəqiqələrdə məlumat verdik.
Həmçinin qan qoxuyan bu məlumat Prezident İlham Əliyevin, DİN-nin, Baş Prokurorluğun elektron poçtuna təcili tədbirlər görülməsi üçün göndərildi.
Hər dəqiqə məsələ ilə bağlı əlavə məlumat veriləcək. Bizi izləyin!
BOLGEXEBER.COM
"Təzəz Bazar"da yaşanan qalmaqalda nazirin də adını çəkirlər... - İLGİNC İDDİA
"Təzəz Bazar"da yaşanan qalmaqalda nazirin də adını çəkirlər... - İLGİNC İDDİA