BolgeXeber.Com » Ölkə » Balakəndə orta məktəbi yandırıb külə döndərdilər

Balakəndə orta məktəbi yandırıb külə döndərdilər

6-04-2015, 11:02
Oxunub: 4 306 Balakəndə orta məktəbi yandırıb külə döndərdilər4 gün əvvəl də həmin məktəb yanmışdı

Balakən rayonunun Şərif kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 495 kv.m olan birmərtəbəli 9 otaqdan ibarət məktəb yenidən yanıb.

BOLGEXEBER.COM xəbər verir ki, ans-in verdiyi məlumata görə, hadisə bu gecə saat 1 radələrində qeydə alınıb.

Hadisə nəticəsində 9 sinif otağı, müəllimlər və direktor otağı külə dönüb. Məktəbdəki bütün avadanlıqlar da yanaraq məhv olub.

Qeyd edək ki, 4 gün əvvəl də həmin məktəb yanmışdı. O zaman yanğınsöndürənlər yanğını söndürə bilmişdilər. Məktəb tamam yanmaqdan xilas olunmuşdu. Ona görə də, məktəbə ikinci gözətçi götürülmüşdü.

Götürülən ikinci gözətçi bildirib ki, tüstüləmə direktor otağında başlayıb. Otaqda əşyaların quru taxta və tezalışan əşyaların olması səbəbindən alov sürətlə yayılıb. Havanın küləkli olması yanğını daha da şiddətləndirib.

İlkin ehtimala görə, yanğın qəsdən törədilib. Lakin onun kim tərəfindən törədilməsi və nə səbəbdən yandırılması barədə heç bir məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.
BOLGEXEBER.COM