BolgeXeber.Com » Dünya » Alp Ər Tunqanın məzarı tapılıb?

Alp Ər Tunqanın məzarı tapılıb?

3-01-2012, 17:05
Oxunub: 4 588 Türkmənistanda 5 min illik nəhəng məzar aşkarlanıb

Türkmənistanın antik şəhəri Mərvdə arxeoloji qazıntılar davam edir.Şəhərin ilk qurulduğu bölgə olan Marquşdakı qazıntılarda 5 min illik bir məzar tapılıb.

Geniş bir sahəni tutan məzarın əşyaları ilə birlikdə dəfn edilən bir Xaqana aid olduğu düşünülür. Məzarın içində zinət əşyalarından at arabasına qədər çox sayda əşya tapılıb.

Məzardakı zənginlik və tapılan əşyaların vəziyyəti arxeoloqları belə heyrətləndirir. Qəbirdə Xaqana aid şəxsi əşyalarla yanaşı, çox sayda heyvan skleti də var.

Arxeoloq Məhəmməd Beqliyev 10 kral məzarı tapdıqlarını, ən maraqlısı olduğu üçün də bu məzarı restavrasiya etdiklərini bildirib.

Kaşqarlı Mahmud Məzarın tapıldığı Marquşu Alp Ər Tunqanın qurduğunu yazır. Bu səbəbdən məzarın Alp Ər Tunqaya aid olduğu güman edilir.