BolgeXeber.Com » Gündəm » Kürdəmirdə həllini tapmayan problemlər-VİDEO

Kürdəmirdə həllini tapmayan problemlər-VİDEO

9-04-2015, 11:42
Oxunub: 6 905 Kürdəmirdə həllini tapmayan problemlər-VİDEORayonun mərkəzi yolu – “ Köhnə bazar “ adlanan ərazi yararsız vəziyyətdədir

Mətbuatda daim gündəmdə olan məsələlərdən biri Kürdəmirdə yol problemidir.Rayonun mərkəzi yolu – “ Köhnə bazar “ adlanan ərazi yararsız vəziyyətdədir. Bu yolun asfalt örtüyü tamamilə dağılıb və kələ-kötür , daşlı yol sürücülər üçün əsl işgəncəyə çevrilib. Yağışdan sonra isə yollardakı vəziyyət daha da dramatik hal alır .Rayon sakinlərinin BTV-yə verdikləri məlumata görə, Kürdəmirdə tək problem yolsuzluq deyil. Eyniz zamanda burada qaz və kanalizasiya xətlərilə bağlı problem də mövcuddur. Şikayətçi Vüsalə Səmədovanın sözlərinə görə onların yaşadığı 20 yanvar küçəsində yollar bərbad vəziyyətdədir. Burada qaz və kanalizasiya xətləri yoxdur. Şikayətçinin sözlərinə görə onlar problemlərilə bağlı İcra hakimiyyəti və digər aidiyyatı qurumlara müraciət etsə də hər dəfə söz verilir lakin məsələ həllini tapmır .Biz də bu məsələyə aydınlıq gətirmək məqsədilə İcra hakimiyyətilə əlaqə saxladıq. Suallarımızı Kürdəmir icra hakimiyyəti başçısının I müavini Tacəddin Novruzov cavablandırdı .Necə deyərlər BTV olaraq bizdən çəkib , problemi işıqlandırmaq. Həlli isə aidiyyatı qurumların üzərinə düşür.
BOLGEXEBER.COM