BolgeXeber.Com » Dünya » Baş cadugərin proqnozları

Baş cadugərin proqnozları

4-01-2012, 11:50
Oxunub: 4 825 2012-ci ildə Yer üzündə həyat başa çatmayacaq, Obama yenidən prezident olmayacaq, 2 lider xərçəng xəstəliyinə yoluxacaq...

2012-ci ildə Yer üzündə həyat başa çatmayacaq. Bolgexeber.com-un CNN-ə istinadən verdiyi məlumata görə, Meksikanın baş cadugəri Antonio Vaskes Alba buna əmindir.

Baş cadugər deyib ki, maya cadugərləri heç vaxt 2012-ci ildə dünyada canlı həyatın başa çatacağı barədə proqnoz verməyib. Antonio Vaskes Alba 2012-ci ildə Barak Obamanın yenidən ABŞ prezidenti seçilməyəcəyini də söyləyib. Baş cadugər bu il Latın Amerikası ölkələrinin 2 liderinin də xərçəng xəstəliyinə yoluxacağını bildirib.

Antonio Vaskes Alba özü proqnozlarının 75-80 faiz doğrulacağını deyib. O, keçən il avronun zəifləyəcəyini və inkişaf etmiş ölkələrdə yeni iqtisadi böhranın başlayacağını bildirib və bu, özünü doğruldub. Ancaq onun Britni Spirsin öləcəyi ilə barədə proqnozu özünü doğrultmayıb.