BolgeXeber.Com » Dünya » Yuliya Timoşenkonun "lüks" həbsxana kamerası - FOTO

Yuliya Timoşenkonun "lüks" həbsxana kamerası - FOTO

4-01-2012, 13:50
Oxunub: 5 335 Ukraynanın sabiq baş naziri Yuloiya Timoşenkonun saxlandığı həbsxana kamerasının fotoları yayılıb.

Bolgexeber.com UNİAN-a istinadən bildirir ki, Ukrayna Penitensiar Xidmətinin rəsmi açıqladığı fotoları müşayiət edən bəyanatda Timoşenkonun saxlandığı şəraitin Avropa Birliyinin tələblərinə cavab verdiyi vurğulanır.

"Narıncı ledi"nin cəza çəkdiyi məkan Ukraynanın Xarkov şəhərinin yaxınlığındakı Kaçanov qadın islah düşərgəsindəki Müvəqqəti İstintaq Təcridxanasının kamerasıdır.

Sahəsi 37,5 kvadrat metr olan kamerada Timoşenko ilə yanaşı, iqtisadi cinayətkarlıqlara görə cəza çəkən daha bir qadın məhbus var.

Kamerada yemək bişirmək üçün yer, duşu olan vanna otağı, məişət texnikası, yuyucu maşın, mikrodalğalı soba, soyuducu və televizor var.
Kamera 24 saat videokameralarla müşahidə altındadır.

51 yaşlı Timoşenko isə saxlandığı şəraitdən razı deyil. Onun vəkili Sergey Vlasenko deyir: "Kameradakı fənərlərin işığı onun yatdığı çarpayıya yönəlib. Normal yata bilməmək və üstəlik, psixoloji təzyiqlər Timoşenkonun qətiyyətini sındırmağa yönəlib".