BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan bankları kreditləşməni dayandırdı

Azərbaycan bankları kreditləşməni dayandırdı

10-04-2015, 12:05
Oxunub: 4 602 Azərbaycan bankları kreditləşməni dayandırdıAzərbaycanda bəzi kommersiya bankları kreditlərin verilişini dayandırıb və onların kreditləşməni yenidən bərpa edəcəyi vaxt bəlli deyil

"Report"un verdiyi xəbərə görə, hazırda "ASB Bank", "Bank BTB" və "Dekabank" həm manat, həm də dollarla kredit verilişini dayandırıb.
"ASB Bank"dan bildirilib ki, bankda kredit verilişi müvəqqəti dayandırılıb və nə vaxt bərpa olunacağı məlum deyil: "Kreditlər üzrə yeni şərtlər hazırlanır. Ola bilsin ki, bu onunla bağlıdır. Lakin rəsmi olaraq bu açıqlanmır. Kreditləşmənin bərpası müddəti haqqında da hələ heç bir məlumat yoxdur. Ümid edirik ki, qısa müddətdə bərpa olunacaq".
"Bank BTB" və "Dekabank"dan da kreditləşmənin dayandırılma səbəbini rəsmən öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, hazırda bankların əksəriyyəti manatla kreditləşməni dayandırsa da, dollarla kredit verilişini davam etdirir. Hətta "Bank of Baku" ASC dollarla krediti də ancaq daşınmaz əmlakın girovu əsasında həyata keçirir.
"Bank VTB Azerbaijan", "Expressbank", "Bank Avrasiya","Günaybank" isə hələ də manatla kredit verilişini davam etdirir.
"Atabank" isə manatla kredit verilişini ancaq manatda əmanəti olan müştərilərinə təklif edir.
BOLGEXEBER.COM