BolgeXeber.Com » Dünya » Eks president növbəti dəfə məhkəmə qarşısına çıxacaq

Eks president növbəti dəfə məhkəmə qarşısına çıxacaq

5-01-2012, 11:05
Oxunub: 4 213 Məhkəmə Hüsni Mübarəkin işini martın sonunadək yekunlaşdırmaq niyyətindədir

Bu gün Misirin paytaxtı Qahirədə ölkənin eks-prezideti Hüsni Mübarəkin məhkəməsi davam etdiriləcək. Mübarək 2011-ci ilin əvvəlində anti-hökumət nümayişçilərinə atəş açılmasına göstəriş verməkdə və korrupsiyada ittiham edilir. Hüsni Mübarəkin işi həlledici mərhələyə - tərəflərin mübahisəsi mərhələsinə çatıb. Prokurorlar və vəkillər itihamların irəli sürülməsinə dair öz nəticələrini təqdim edəcəklər. Burada ilk növbədə, yanvar çevrilişindən söhbət gedir. Hüsni Mübarək onun istefasını tələb edən nümayişçilərə zorakılıq tətbiq edilməsinə əmr verməkdə ittiham edilir. Belə ki, nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda 850-yə yaxın adam ölüb.

Digər ittihamlar isə Mübarəkin prezident postunda olarkən fəaliyyətinə aiddir. İstintaqın versiyasına görə, eks-prezident öz ailəsinin zənginləşdirilməsi üçün öz vəzifəsindən sui-istifadə edib və nəticədə ölkəyə külli miqdarda ziyan vurub. Hüsni Mübarəklə yanaşı, onun oğulları Alaa və Qamal, sabiq daxili işlər naziri Həbib əl-Ədli və bir neçə yüksəkrütbəli polis məmuru da müttəhimlər kürsüsündə əyləşib. Müttəhimlərin hamısı irəli sürülən itthamları təkzib edir.

Hüsni Mübarəkin məhkəmə işi 6 aydır davam edir. Bu müddət ərzində o, səhhəti ilə əlaqədar məhkəmə zalına xərəkdə gətirilib. Yerli kütləvi-informasiya vasitələrinin məlumatına görə, məhkəmə işə baxılmasını tezləşdirmək və martın sonunadək keçmiş prezidentə hökm oxumaq niyyətindədir. Hüsni Mübarək günahkar bilinərsə, onu ölüm hökmü gözləyir.