BolgeXeber.Com » İdman » “Bakılı”-“Göyəzən” qumara qoyulub – İddia/Video

“Bakılı”-“Göyəzən” qumara qoyulub – İddia/Video

12-04-2015, 14:41
Oxunub: 4 374 “Bakılı”-“Göyəzən” qumara qoyulub – İddia/VideoAFFA qumara qoyulan qarşılaşmanın nəticələrini araşdırır.

Axar.az-ın məlumatına görə, çempionatın 1-ci divizonunda “Bakılı” - “Göyəzən” matçı il bağlı iddialar var. Bu oyunun qumara qoyulduğu bildirilir. Hər iki klubun əvvəlcə rəhbərlik və baş məşqçilərinin, daha sonra oyunçularının dindirilməsi gözlənilir.

AFFA-nı şübhələndirən oyun zamanı hər iki komandanın müdafiəçilərinin adi epizodlarda səhv etməsi olub. Oyunun tam videoyazısı izlənildikdən sonra şübhəli məqamların çoxluğu diqqət çəkib. Bu qarşılaşma ölkə xaricindəki kontorlardan birində canlı mərcə qoyulub. Ümumiyyətlə, öncədən razılaşdırılıb ki, birinci hissədə qonaqlar, oyunun yekununda isə “Bakılı” qalib gəlsin. Belə nəticəyə pul qoyuluşunun əmsalı 25.00-ə bərabərdir.

“Göyəzən"in baş məşqçisi Elxan Muradov iddialara münasibət bildirib:

“Bunun "Bakılı"ya və ya bizə nə dəxlisi var? Biz tərəfdən belə şey olmaq ehtimalı mümkün deyil. Ola bilməz. Gördüyünüz kimi, imkanları dəyərləndirsəydik, hər şey başqa cür ola bilərdi”.

E.Muradov rəqibə eyham vurub: “Bəlkə də "Bakılı" nəsə edib. Bunun bizə dəxli yoxdu. Onların da nəsə edəcəyinə inanmıram".
BOLGEXEBER.COM