BolgeXeber.Com » Dünya » İki ölkə birləşəcək

İki ölkə birləşəcək

5-01-2012, 14:30
Oxunub: 4 822 “Ərəb Baharı” ilə iqtidarları dəyişən Tunis və Liviya dövlətlərinin birləşməsi gündəmin əsas məsələlərindəndir

Tunis prezidenti Munsif Marzukinin keçən həftə iki ölkənin birləşmək barədə fikrinə seçkilərdən birinci çıxan Ennahda Partiyasının sədri Rəşid Qannuşidən də dəstək gəlib. Qannuşi bildirib ki, onlar bu layihəni hələ 40 il əvvəl düşünüblər: “Lakin bu fikrə keçmiş lider Həbib Burgiba mane oldu. İndi böyük bir fürsət əldə etmişik. İki ölkə indi bir-birinə həmişəkindən daha yaxındır. Birləşmək üçün siyasi, ictimai və mədəni maneəmiz yoxdur. Hər iki ölkənin əksəriyyəti müsəlmandır. Tariximiz və mədəniyyətlərimiz onsuz da birdir”.