BolgeXeber.Com » Ölkə » Problemi işıqlandırdıq,sürücüyə qanunsuz protokol yazan yol polisi cəzalandı-Vətəndaşdan təşəkkür məktubu-FOTO

Problemi işıqlandırdıq,sürücüyə qanunsuz protokol yazan yol polisi cəzalandı-Vətəndaşdan təşəkkür məktubu-FOTO

14-04-2015, 16:35
Oxunub: 31 675 Problemi işıqlandırdıq,sürücüyə qanunsuz protokol yazan yol polisi cəzalandı-Vətəndaşdan təşəkkür məktubu-FOTOİnzibati protokolun icraatına xitam verilmişdir

Xatırladaq ki, keçən ay Bolgexeber.com-un redaksiyasına Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, ev 22-nin sakini Məmməd Həmidov tərəfindən polis məmurunun qanunazidd hərkətləri haqda şikayət məktubu daxil olmuşdur. Şikayətlə əlaqədar yazdığımız "Vətəndaş "Yol hərəkəti haqqında" qanunlardan xəbərsiz yol polisini məhkəməyə verəcək-Şikayət" adlı məqalə dərc olunandan sonra məsələ Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırılmış və şikayətçinin xeyrinə müsbət olunmuşdur.Bundan başqa BŞDYPİ rəisi Nuşirəvan Səfərovun imzası ilə şikayətçi Həmidov Məmmədə göndərilən cavab məktubunda bildirilir ki,inzibati xəta haqqında yazılan protokola xitam verilmiş ,onu qanunsuz olaraq yazan YPX əməkdaşına qarşı inzibati tədbir görülmüşdür. Bununla bağlı şikayətçi Bolgexeber.com-a minnətdarlıq məktubu da göndərmişdir ki,onu olduğu kimi təqdim edirik:
“Hörmətli Bölgəxəbər" redaksiyası, Əvvəlcə Sizlərə - redaksiya heyətinə dərin təşəkkürümü bildirmək istəyirəm ondan ötrü ki, DYP əməkdaşı ilə aramda olan narazılıqla bağlı müraciətimi Sizin sayt olduğu kimi ictimaiyyətə təqdim etmişdir. Və mən də qərarımda israrlı ididm ki, əgər yol polisi tərtib etdiyi inzibati protokolda qeyd etdiyi qanun pozuntusunu sübut etməsə məhkəməyə müraciət edəcəyəm. Məni müraciətimlə əlaqədar Bakı şəhər DYP idarəsinə dəvət etdilər. Çox maraqlısı bu idi ki, kamera görüntüsündə qeyd edilən qanun pozuntusunu təqdim edə bilmədilər.
Budur, müraciətimin 30-cu günü idarə rəisi N.Səfərovun imzası ilə cavab məktubu göndərilmiş və barəmdə tərtib edilmiş inzibati protokolun icraatına xitam verilmiş, YPX əməkdaşı barəsində isə intizam tədbiri görülmüşdür.
Mən şəxsən ədalətin öz yerini tutmasında Sizin medianın rolunu yüksək qiymətləndirir və bir daha öz təşəkkürümü bildirirəm".
Bolgexeber.com olaraq biz də öz növbəmizdə sevinirik ki,artıq neçənci dəfədir ki,vətəndaşın qarşılaşdığı və bizim qaldırdığımız problem öz müsbət həllini tapır.
Hörmətlə, Məmməd Həmidov

Bolgexeber.com
Problemi işıqlandırdıq,sürücüyə qanunsuz protokol yazan yol polisi cəzalandı-Vətəndaşdan təşəkkür məktubu-FOTO
Problemi işıqlandırdıq,sürücüyə qanunsuz protokol yazan yol polisi cəzalandı-Vətəndaşdan təşəkkür məktubu-FOTO