BolgeXeber.Com » Dünya » Əgər bu hadisə Azərbaycanda baş versəydi...

Əgər bu hadisə Azərbaycanda baş versəydi...

14-04-2015, 20:04
Oxunub: 3 708 Bu şəkil Çinin Nanninq şəhərində çəkilib.

Bu gün beynəlxalq media məkanında yayılan bu şəklii müşayiət edən qeydlərdə göstərilir ki, möhtəşəm apartamentlərin düz ortasında yer alan evin sahibi tikinti holdinqlərinə qarşı dirəniş göstərir.

Əgər bu hadisə Azərbaycanda baş versəydi...Bu kasıb daxmanın sahibləri ilə tikinti şirkətlərinin sahibləri razılığa gələ bilmirlər. Güman ki, ya ev sahibi tamahkardır, evini sökmək istəyən holdinq rəhbərlərinə qiymət oxuyur, ya da inşaat şirkətlərinin rəhbərləri çox simicdir, adama istədiyi paranı vermirlər.

Birinci versiya daha ağlabatandır. Heç ola bilməz ki, bu ərazidə yaşayan bütün evlərin sahiblərini razı salmaq, bazar qiymətinə uyğun qiymət təklif edərək evlərini almaq mümkün olsun, bir dənə bunu olmasın.

Amma bu da həmin ev sahibinin müstəsna hüququdur. O, öz mülkünü satmaq istəmirsə, iradə sahibidir, heç kəs ona zor tətbiq edə bilməz. Göründüyü kimi, etmirlər də.

Bu, əlbəttə, hüquqi dövlətlərdə ola bilər. Çin nə qədər totalitar quruluşa malik olsa da, bir partiyanın hökmranlığı altında yaşasa da, qanunların işlədiyi dövlətdir və bu höcət adamın evini də həmin qanunlar qoruyur.

Bu, hadisə hansısa başqa, qanunların işləmədiyi, oliqarxların qanunların fövqündə durduğu ölkədə olsaydı, yaxşı bilirsiniz, nə olardı.

1. Ev gecəylə "yanardı":
2. Evi gündüz buldozerin qabağına verib uçurardılar (Bu hərəkət qanunidir, qanunsuzdur- dəxli yoxdur).
3. Ev sahibinə torba tikib içəri salardılar, evini yalvara-yalvara ucuz qiymətə satardı.

Burada isə məşhur atalar sözünün - "Mənim evim mənim qalamdır" aforizminin əyanə nümunəsini görürük.