BolgeXeber.Com » İdman » Çempionlar Liqası: Madrid derbisində "sülh"

Çempionlar Liqası: Madrid derbisində "sülh"

15-04-2015, 10:20
Oxunub: 3 818 Çempionlar Liqası: Madrid derbisində "sülh" "Yuventus" qalib gəldi

Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına start verilib.

Ilk oyun günündə iki qarşılaşma keçirilib.

"Yuventus" doğma meydanda "Monako"nu qəbul edib. Turin təmsilçisi bu görüşün favoriti hesab olunsa da, 1/8 finalda "Arsenal"ı mübarizədən kənarlaşdıran Fransa təmsilçisinin rəqibinə ciddi müqavimət göstərəcəyi gözlənilirdi. Görüş “Yuventus”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ötən ilin finalçıları - "Real" və "Atletiko" bu dəfə 1/4 finalda qarşılaşıblar. Oyunda qapılara qol vurulmayıb.

Qeyd edək ki, 1/4 finalın daha iki qarşılaşması bu gün keçiriləcək.

14 aprel

Çempionlar Liqası, 1/4 finalın ilk oyunları

23:45. "Yuventus" (İtaliya) - "Monako" (Fransa) - 1:0
Qol: Arturo Vidal, 57-pen. (1:0)

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Real" (Madrid, İspaniya) - 0:0


15 aprel

23:45. "Portu" (Portuqaliya) - "Bavariya" (Almaniya)

23:45. PSJ (Fransa) - "Barselona" (İspaniya)qol.az