BolgeXeber.Com » Bölgə » Zərdab Mərkəzi Xəstəxanasında biabırçı rüşvət olayı-“Pulunu ver, şəklini çəkdir”

Zərdab Mərkəzi Xəstəxanasında biabırçı rüşvət olayı-“Pulunu ver, şəklini çəkdir”

17-04-2015, 12:38
Oxunub: 6 181 Zərdab Mərkəzi Xəstəxanasında biabırçı rüşvət olayı-“Pulunu ver, şəklini çəkdir” “Zərdab rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən elə bir xəstə yoxdur ki, oradan pulsuz canını qurtara bilsin”

BOLGEXEBER.COM xəbər verir ki,bu sözlər editor.az-ın elektron ünvanına Zərdab rayon sakinlərindən biri tərəfindən daxil olan şikayət məktubunda öz əksini tapıb.

Təhlükəsizliyinə təminat olmadığı üçün adını gizli saxlamağı xahiş edən rayon sakini bildirir ki, bir ay öncə azyaşlı övladında ağırlaşmalar olub:

“Kasıb ailəyik. Dolana bilmirik. Mal-qaranın, əkinçiliyin hesabına yaşayırıq. Nə təqaüd alanımız var, nə də işləyənimiz. Sosial yardım da almırıq. Bir ay öncə övladımın kor bağırsağında appendisit yarandı. Qəfləti sancılar tutdu və biz onu həkimə aparmağa məcbur olduq. Elə vəziyyətdəyik ki, onu rayon mərkəzindəki xəstəxanaya aparmaq üçün taksiyə verməyə pulumuz da olmadı. Nə isə qonşudan xahiş etdik, gəldi bizi apardı. Bizə deyiblər ki, dövlət xəstəxanalarında tibbi yardım pulsuzdur. Hətta pullu olsa da, bunu verə bilmərik. Uşağı ağrı içində xəstəxanaya yerləşdirdik. Müayinə edən həkim appendisit olduğunu deyərək, onu əməliyyat etdi. Əməliyyatdan sonra açıq şəkildə “Bizə 500 manat verməlisiniz” söylədi. Pulumuz olmadığını deyəndə “Səhv elədim, gərək baş qoşmayaydım, öləydi” cavabını verdi. Ardınca bizi təhdid edib, uşağı xəstəxanadan buraxmayacağını söylədi. Məcbur qalıb, kəndçilərdən pul yığıb, onun pulunu ödədik. Baş həkimə şikayət etdik, icra başçısına şikayət etdik, cavabları eyni oldu. “Sən hansı zəmanədə yaşayırsa, pulunu ver, şəklini çəkdir” cavabını aldıq. Heç bilmirik o pulu necə qaytaracağıq. Belə də zülm olar”.

Editor.az-ın əməkdaşı məsələyə Zərdab rayon Mərkəzi Xəstəxanasından münasibət öyrənmək istəsək də, buna nail ola bilməyib.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik...
BOLGEXEBER.COM