BolgeXeber.Com » Dünya » Yatmış "div" oyanıb- Video

Yatmış "div" oyanıb- Video

7-01-2012, 16:15
Oxunub: 5 023 İtaliyanın Siciliya adasındakı Etna vulkanı yenidən püskürməyə başlayıb.
50 gün əvvəl, 2011-ci ildə püskürəndən sonra Etna bu il ilk dəfə "oyanıb".

Vulkanın püskürdüyü toz və tüstü buludu 5 min metr yüksəkliyə qalxıb.
Vulkanın ətəyində yerləşmiş Kataniya beynəlxalq hava limanı bəzi aviareysləri təxirə salsa da, fəaliyyətini davam etdirir.

Etnanın 3295 metr hündürlüyü olan zirvəsi ətrafa alov və lava püskürməyə davam edir.

Vulkanın püskürməsini Kataniya, Taormina və Sirakuz şəhərlərinin sakinləri ilə yanaşı, minlərlə turist də müşahidə edir.