BolgeXeber.Com » Bölgə » Bərdədə 2015-ci ilin birinci rübünə dair hesabat tədbiri keçirilib

Bərdədə 2015-ci ilin birinci rübünə dair hesabat tədbiri keçirilib

17-04-2015, 19:41
Oxunub: 2 403 Bərdədə 2015-ci ilin birinci rübünə dair hesabat tədbiri keçirilibAzərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlər Bərdə Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağında da ətraflı müzakirə olunub

Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev 2015-ci ilin birinci rübündə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə etmiş, məruzə ətrafında şəhər bələdiyyəsinin sədri Bərdə “ASAN Xidmət”in rəhbəri Elman İsayev, rayon Gənclər və idman idarəsinin rəisi Anar Şahbazov, Qaraqoyunlu bələdiyyəsinin sədri Nicat Məmmədov, rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış etmişlər.

Rüb ərzində Azərbaycan Respublikasının Prezidentinin 14 avqust 2014-cü il tarixli Sərəncamı ilə 11 yaşayış məntəqəsini birləşdirən Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun əsaslı təmiri, 47 hektar ərazini əhatə edən Heydər Əliyev park-bulvarının, məcburi köçkünlər üçün 588 ailəlik yaşayış məhəlləsinin, “Asan Xidmət” Mərkəzinin, Yol Polis xidmətinin inzibati binasının, şəhər 7 saylı ümumi orta məktəbin və 2 saylı Uşaq Musiqi məktəbinin, Mirzalıbəyli kəndində cins heyvandarlıq kompleksinin tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir.

Bunlarla birlikdə İ.Qayıbov, Nüşabə və K.Cabbarov küçələri bütün kommunikasiya xətləri daxil olmaqla yenidən qurulmuş, piyada yolları tikilmiş, həmin küçələrdə 19 fərdi yaşayış evlərinin dam örtükləri (9 min kv. metr) yenidən tikilmiş, fasadları təmir edilmişdir.

Rüb ərzində Heydər Əliyev park-bulvarının qarşısındakı ərazinin yenidən qurulması başa çatdırılmış, ərazidə piyada yolu tikilmiş, yaşıllıq zolağı salınmış, 1000 ədəd ağac əkilmişdir.

Ötən dövrdə küçə meydanlara 1770 p/metr bardyor düzülmüş, 2930 kv. metr tamet döşənmiş, 9,2 kv. metr asfalt-beton örtüyü tikilmiş, 500 kv. metr batı hörülmüş, 700 kv. metr barı ağ lay örtüklə üzlənmişdir.
Rayonun küçə və meydanlarında, yolların kənarlarında 25 mindən çox ağac və 51 mindən çox gül kolları əkilmişdir.

Bunlarla yanaşı 2 kənd qazlaşdırılmış, Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, Gənclər evinin, Mehdili kəndində müasir Yem zavodunun tikintisi, tutumu 2 min ton olan soyuducu ambarın, 260 şagird yerlik Türkmən kənd tam orta məktəbin, 1150 şagird yerlik şəhər 2 və 6 saylı, 480 şagird yerlik şəhər 5 saylı tam orta məktəblərin əsaslı təmiri, “Bərdə” türbəsinin bərpası davam etdirilmişdir.

Bunlarla yanaşı Bərdə şəhəri ərazisində Tərtər çayı yatağında 170 min manat dəyərində sahilbərkitmə işləri aparılmış, kəndlərin qazlaşdırılması, rayonun elektrik şəbəkəsinin yenidən qurulması davam etdirilmişdir.
Bildiyiniz kimi, cari ilin mart ayının 12-də Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev rayonumuza səfər etmiş, rayonda aparılan tikinti-abadlıq işləri ilə tanış olmuş, 47 hektar ərazidə tikilmiş Heydər Əliyev adına park-bulvarı, məcburi köçkünlər üçün tikilmiş 588 ailəlik qəsəbəni, “Asan xidmət” Mərkəzini, 2 saylı Uşaq İncəsənət məktəbini, 15,5 km Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunu açmış, “Bərdə” türbəsində aparılan bərpa işləri ilə tanış olmuşdur. Cənab Prezidentə yeni tikilmiş 22,2 km uzunluqda Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolu təqdim olunmuşdur.
Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyev rayonda aparılan işlərə dair göstərişlərini vermişdir.

Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyev Bərdyə səfərindən dərhal sonra 13 mart 2015-ci il tarixdə “Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamış, yolun yenidən qurulması üçün 2 milyon və mənzil fondunun əsaslı təmiri üçün 3 milyon manat ilkin olaraq vəsait ayırmışdır.

Bu gün bütün bərdəlilər Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyevin rayonumuza tarixi səfərinin yaratdığı xoş təəssurat altında qurub yaradırlar.

Rüb ərzində 54,3 milyon manatlıq ümumi məhsul, o cümlədən 3,4 milyon manatlıq sənaye, 20,5 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, əhaliyə 1,6 milyon manatlıq nəqliyyat və anbar, 0,3 milyon manatlıq rabitə, 23,4 milyon manatlıq ticarət xidmətləri göstərilmiş, 3,1 milyon nəfər sərnişin və 0,4 min ton yük daşınmışdır. İqtyisadiyyatın inkişafına 5,1 milyon manat əsas kapitala investisiya yönəldilmiş, bunun 4,8 milyon manatı və ya 95 faizini tikinti-quraşdırma işləri işləri təşkil etmişdir.

2014-cü ilin birinci rübünə nisbətən sənaye məhsulu istehsalı 6,2 faiz, kənd təsərrüfatı 25,4 faiz, nəqliyyat və anbar təsərrüfatı 8,3 faiz, informasiya və rabitə xidmətləri 5,0 faiz, ticarət xidmətləri 23,8 faiz artmışdır.
Rayon büdcəsinin yerli gəlirləri proqnozuna rüb ərzində 103,1 faiz, xərcləri proqnozuna 86,4 faiz əməl edilmişdir.

Rayonun bütün zəruri xərclər icra edilmişdir.

Rüb ərzində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 3,7 faiz artaraq 9,6 min nəfərə çatmışdır.

Rüb ərzində Mirzalıbəyli kəndində 500 başlıq heyvandarlıq kompleksinin tikintisinin birinci mərhələsi başa çatdırılıb istehsala başlanmış, Mehdili kəndində yeni yem istehsalı müəssisəsinin tikintisi davam etdirilmişdir.
Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredit təşkilatları tərəfindən rüb ərzində 87 layihə üzrə sahibkarlara 1 milyon 157 min 800 manat güzəştli kredit verilmişdir. Bu layihələrin həyata keçirilməsi nəticəsində rayonda 135 yeni iş yerinin yaradılması imkanı yaranmışdır.
Proqramın əvvəlindən 2067 sahibkara 61 milyon manat güzəştli şərtlərlə kreditlər verilərək 4317 yeni iş yerlərinin açılmasına şərait yaradılmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində rüb ərzində 977 yeni iş yerləri açılmışdır ki, bunun da 437-si daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 75-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 362-si fiziki şəxslərdə, 570-i digər layihələrin həyata keçirilməsində yaradılmışdır.

Rüb ərzində əhalinin sosial müdafiəsi məsələləri daima diqqət mərkəzində saxlanılmışdır. 5 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evi tikintisi davam etdirilmişdir.

İlin əvvəlindən podaratçı təşkilatlar tərəfindən 21,9 km müxtəlif diametrli qaz xətləri çəkilərək Xanxanımlı və Qasımbəyli kəndləri qazlaşdırılmış, 522 abonentə təbii qaz verilmiş, qaz itkilərinin qarşısını almaq üçün 0,5 km müxtəlif diametrli qaz xətləri çəkilmiş, 181 ədəd istismar müddətini bitirmiş qaz sayğacları yenisi ilə əvəz edilmişdir.

Rüb ərzində içməli suyun sərfiyyatının müəyyənləşdirilməsi üçün 79 ədəd yeni su sayğacı quraşdırılmış, 6 subartezian quyusunun dərinlik nasosu yenisi ilə əvəz olunmuş, 42 quyunun dərinlik nasosları və 2 quyunun transformatoru əsaslı təmir edilmiş, 16 quyunun elektrik sərfiyyatı üçün elektron sayğac quraşdırılmış 162 su qəzası aradan qaldırılmışdır. Bunlarla yanaşı Ü.Hacıbəyov küçəsində yüksək mərtəbəli kommunal yaşayış binalarının diamerti 300 mm olan 350 p/metr kanalizasiya xətti tikilmiş, Heydər Əliyev adına park-bulvarda müxtəlif diametrli 650 p/metr su xətti çəkilmişdir.

Yığıncaq müzakirə edilən məsələ ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.
Bolgexeber.com