BolgeXeber.Com » Gündəm » Sumqayıtda "Sevgi körpüsü" faciəyə səbəb ola bilər -YELLƏNİR(VİDEO)

Sumqayıtda "Sevgi körpüsü" faciəyə səbəb ola bilər -YELLƏNİR(VİDEO)

17-04-2015, 19:47
Oxunub: 4 777 Sumqayıtda "Sevgi körpüsü" faciəyə səbəb ola bilər -YELLƏNİR(VİDEO)Körpünün üstündən keçənlər həyatları ilə "çilingağac" oynayırlar

BOLGEXEBER.COM bildirir ki,"Nəsimi" adına Mədəniyyət və İstirahət Parkının ərazisindəki, gənclər arasında "Sevgi körpüsü" Xatırladaq ki, keçən ilin mart ayı Sumqayıtda "Nəsimi" adına Mədəniyyət və İstirahət Parkının ərazisindəki, gənclər arasında "Sevgi körpüsü" adlandırılan piyada körpüsü şəhər rəsmiləri tərəfindən istismar müddətinin keçdiyi və dənizə olan hissəsində əyrilik olması səbəb gətirilərək sökülmüş və bu il onun yerində üfiqi körpü tikilərək istifadəyə verilmişdir.Yarım əsrdən çox tarixə malik olan maili körpü həmişə sumqayıtlların “Göyərçin”dən sonra ən çox şəkil çəkdirdiyi sevimli yerlərdən biri olub. Belə başa düşmək olardı ki,təzə körpünün konstruksiyası daha etibarlı olacaq.

Lakin bu günlərdə əməkdaşımız adıçəkilən körpüdən keçərkən körpünün orta hissəsinin ayaq altda yelləndiyinin şahidi olub və təbii ki,bunu körpüdən keçən başqa insanlar da hiss edib.Əgər 2-3 nəfərin eyni zamanda köpüdən keçməsi onun yellənməsinə səbəb olursa təsəvvür edin ki,havalar istiləşdikcə parkda istirahət edənlərin ,buradan keçənlərin sayı çoxaldıqca metal konstruksiya necə yellənəcək… Nəzərə alsaq ki, parkın iki hissəsini birləşdirən adıçəkilən körpü avtomobil yolunun düz üstündən salınıb, onun uçacağı təqdirdə nə kimi faciəyə,fəsadlara səbəb ola biləcəyini təsəvvür etmək çətin deyil.Əlbəttə körpünün vəziyyətinin istifadə üçün nə qədər təhlükəsiz olub-olmamasını daha dəqiq bu sahənin mütəxəssisləri deyə bilər və ola bilsin “boltlarla” çalaq edən bu körpünün yellənməsi onun uçmasına səbəb ola bilməz,amma görünən odur ki,onun üstündən həyacansız və qorxusuz keçmək olmursa ən azından icra hakimiyyəti,parkın müdiriyyəti məsələni araşdırıb tədbir görməlidir. Onu da qeyd edək ki, Sumqayıt sakinlərinin dediyinə görə körpü təzə istifadəyə təzə verilən zaman tərpənmirdi.Məsələni diqqətdə saxlayacağıq.
Akif Muradlı
BOLGEXEBER.COM