BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda baş vermiş 3 qəzadan real görüntülər - VİDEO

Bakıda baş vermiş 3 qəzadan real görüntülər - VİDEO

19-04-2015, 08:34
Oxunub: 4 102 Bakıda baş vermiş 3 qəzadan real görüntülər - VİDEOSvetoforun qırmızı işığı yansa da, sürücü hərəkəti davam etdirir və toqquşma baş verir

Yoldakı maneə və sürücülərin kobud qayda pozuntuları qəzalara səbəb olur. Bakıda baş vermiş 3 yol qəzasının videosunu təqdim edirik.

Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəzaların başvermə səbəbi müxtəlifdir. Birinci qəzada yolun hərəkət hissəsinə qoyulmuş maneə «VAZ-2106» markalı avtomobilin sürücüsünü çaşdırır və o, qəza törədir. Burada «06»nın sürətlə hərəkət etməsi də diqqətdən yayınmır. Sürət aşağı olsaydı qəzadan yayınmaq mümkün idi.

Növbəti qəzada isə avtobus sürücüsü, deyəsən, yatıb. Avtobus birdən-birə sürətlə hərəkət edir və səkiyə çıxıb aşır. Ətrafdakılar avtobusda olanlara kömək etməyə çalışırlar.
Digər qəza isə göründüyü kimi, yolayrıcında baş verir. Svetoforun qırmızı işığı yansa da, sürücü hərəkəti davam etdirir və toqquşma baş verir.

avtosfer.az