BolgeXeber.Com » BÖLGƏ TV » İŞİD 30 efiopiyalı xristianı edam etdi-VİDEO

İŞİD 30 efiopiyalı xristianı edam etdi-VİDEO

20-04-2015, 10:32
Oxunub: 2 648 İŞİD 30 efiopiyalı xristianı edam etdi-VİDEOİŞİD-ə aid olduğu iddia edilən və sosial mediaya postlanan videoda cihadçıların Liviyada 30 Efiopiya xristianını güllələməsi və başlarının kəsməsi görünür

BOLGEXEBER.COM xəbər verir ki, videonun mənbəyini müəyyənləşdirə bilməyib, lakin ğörüntülər İD zorakılıqların İraqdakı və Suriyadakı istehkamlardan Liviya kimi yerlərə yayılmasının nümayişinə bənzəyir.
Bu videoda cihadçılar “səlibçi” adlandırdıqları 15 xristianın başını kəsir, daha 15 nəfəri isə başlarına atəş açaraq güllələyirlər.
Videoda edam edilənlərin “Efiopiyadakı düşmən xaçpərəst kilsəsinin” sitayişçiləri olduqları bildirilir.
Hələlik nə Liviya, nə də Efiopiya hökuməti bu video ilə bağlı şərh verməyib.
Bununla belə, Efiopiya hökumətinin sözçüsü Redwan Hussein “qəddar qətlləri” pisləyib və bildirib ki, əgər özləri arzu etsələr, Efiopiya hökuməti Liviyadakı efiopiyalıları vətənə qaytarmağa hazırdır.
Ötən fevralda cihadçılar Liviyada Misir xristianlarını öldürdükdən sonra Qahirə hökuməti Liviyadakı İŞİD mövqelərinin havadan raket zərbələrinə tutulmasını əmr etmişdi.
Videodakı qara geyimli və maskalı “aparıcı” xristianları ya ölüm, ya da İslam arasında seçim etməyə çağırır.
İslam Dövləti hazırda İraq və Suriyanın böyük ərazilərinə nəzarət edir və indi isə nəzərlərini neftlə zəngin Liviyaya dikib.